Qərbi Kaspi Universitetində “Diaspor dərsi” keçirilib
Tarix: 07.05.2018 | Saat: 21:28:00 | E-mail | Çapa göndər


Qərbi Kaspi Universiteti və “Diaspor Jurnalistləri” İctimai Birliyinin birgə təşkilatçılığı ilə tələbələr üçün “Diaspor dərsi” təşkil edilib. Qərbi Kaspi Universitetinin Tədris hissə müdiri Nazim Abbasov qonaqlara öncə universitetin cari tədris ilindəki fəaliyyəti, əldə etdiyi nailiyyətlər barədə məlumat verib. Universitetin çox sayda məzununun ölkəmizin ayrı-ayrı dövlətlərdəki səfirliklərində, müxtəlif beynəlxalq təşkilatlarda çalışdığını, eyni zamanda Azərbaycanın haqq səsini dünyaya çatdırılması üçün diaspor fəaliyyətlərində də səylə çalışdıqlarını diqqətə çatdırıb.
Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadə qeyd edib ki, bu “Diaspor dərsi” ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunub. Fuad Hüseynzadə layihənin məqsədinin tələbə-gənclərin Azərbaycan diasporu haqda düşüncəsini inkişaf etdirmək, gənclərin informasiya müharibəsinin aparılmasında rolunu gücləndirmək olduğunu qeyd edib.
Daha sonra Qərbi Kaspi Universitetinin məzunu, Hollandiyada “Connect” təşkilatının sədri, eləcə də diaspor jurnalisti kimi çalışan Vüqar Abbasov “Skype” vasitəsi ilə “Diaspor dərsi”nə qoşulub və öz fikirlərini tələbələrlə bölüşüb.
Tədbirdə “Hollandiya Azərbaycan Evi”nin sədri Elxan Mirhəşimli, Qırğızıstan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının magistri, “Həmrəy” İctimai Birliyinin sədr müavini Elvin Babayev, Diaspor Jurnalistləri Birliyinin baş katibi Siyavuş Əmirlinin çıxışları dinlənilib. Çıxış edənlər məlumat və maarifləndirmə xarakterli “Diaspor dərsi”də ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının xaricdəki azərbaycanlıların vahid ideya ətrafında birləşməsində rolu, Azərbaycan dövlətinin diasporun inkişafı istiqamətində gördüyü işlər, xaricdəki tələbə-gənclərimizin diaspor fəaliyyətinin perspektivləri, Azərbaycan gənclərinin informasiya müharibəsinin aparılmasında rolundan bəhs ediblər.

Əkbər




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq
17.01.2019
Küləyin uçurduğu dayanacaqla bağlı tədbir görülüb
17.01.2019
Sərnişindaşıma və yol hərəkətinin təşkilində hər hansı bir xoşagəlməz hal müşahidə edilməyib
17.01.2019
“Qəzet köşklərində kitab satışını genişləndirmək olar”
17.01.2019
Xəzərdə Günəşli yatağında dalğanın hündürlüyü 5,3 metrə çatıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”
5 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info