Ruben Meqrabyan: ” Rəsmi Moskvanın Ermənistana qarşı mövqeyi dəyişməyib”
Tarix: 07.05.2018 | Saat: 23:30:00 | E-mail | Çapa göndər


Artıq neçə gündür ki, Ermənistanla bağlı Rusiya KİV-lərində yer alan məlumatlar ermənilərə yaman yer eləyib. Onlar qarşı tərəfdən səsləndirilən fikirləri əsassız kimi dəyərləndirərək, erməni xalqının «böyük və müdrik» xalq olması barədə faktlar tapmaq üçün palan içi eşməyə başlayıblar. Deyəsən, tapıblar da, guya, amerikalı siyasi təhlilçi Pol Qobl «erməniləri, həqiqətən, siyasi cəhətdən nadir bir millət» kimi dəyərləndirib.
Erməni ekspert Ruben Meqrabyan «1in.am» saytına verdiyi açıqlamada rəsmi Moskvanın Ermənistana qarşı mövqeyinin dəyişmədiyini, əslində, Ermənistanın daxili işlərinə müdaxilə etdiyini bildirib. Erməni ekspertə görə, bir neçə KİV istisna olmaqla, Rusiya Federasiyasının mətbuatı azad deyil: «Buna görə də, «Rosneft» erməni ictimaiyyətindən açıq şəkildə üzr istəməlidir».
Elə həmin saytda yer alan başqa bir yazıda deyilir:” Son bir neçə həftə ərzində Ermənistan Respublikası ərazisində yaşanan hadisələr yalnız Ermənistan dövlətinin və vətəndaşlarının daxili məsələləri idi. Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasındakı müttəfiqlik əlaqələrinin qurulması və davam etdirilməsi istiqamətində Yerevanda fəaliyyət göstərən Rusiya səfirliyi müxtəlif şəxslərin fərdi fikirlərinə deyil, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov və Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın fikirlərinə istinad edir». Bu fikirlər Rusiyanın Ermənistandakı səfirliyi tərəfindən verdiyi açıqlamada bildirilib.
Qəribədir, Ermənistanda olan və diplomatik fəaliyyəti ilə o qədər də fərqlənməyən Rusiya səfirliyi niyə məhz ötən şənbə axşamı belə bir şərhlə çıxış edir. Axı Ermənistanda gedən məxməri inqilabın liderləri dəfələrlə siyasi prosesin xarici siyasətə çevrilməsini nəzərdə tutmadıqlarını bildirmişdilər.
Lakin problem budur ki, son bir neçə gündə Rusiyanın aparıcı kütləvi informasiya vasitələri Ermənistana qarşı görünməmiş təbliğat aparmağa başlayıb. Məhz bunların fövqündə Rusiya səfirliyi, artıq qaçınılmaz vəziyyətə gələn antirusiya duyğularının qarşısını almaq üçün çalışır.
Yeri gəlmişkən, eyni studiyada Leontyevlə yanaşı, Kremlin digər təbliğatçısı Mixail Yuriyev də Ermənistana qarşı söylədiklərində həmkarından geri qalmırdı. Maraqlıdır ki, nə Leontyevin, nə də Yuriyevin ifadələri rəsmi Moskva tərəfindən tənqid olunmayaraq, heç bir reaksiya verilməyib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
“Ermənistanda xalq əvvəlkindən də pis yaşamağa başlayıb”
18.01.2019
“Təhlükəsiz bölgə Suriyanın şimalında sabitlik üçün vacibdir”
18.01.2019
Erməni zabitlər qəzaya uğrayıb: biri ölüb, digəri isə ağır vəziyyətdədir
18.01.2019
“Rusiya Latviya ərazisindəki NATO bazasını bir neçə dəqiqəyə məhv edər”
18.01.2019
Ermənistan-İran münasibətlərində gərginlik yarana bilər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info