SİFE komandasının növbəti uğuru
Tarix: 06.06.2013 | Saat: 23:18:00 | E-mail | Çapa göndər


SİFE (Students İn Free Enterprise - Tələbələr Azad Sahibkarlıq Fəaliyyətində) beynəlxalq tələbə proqramı üzrə Bakı şəhərində keçirilən VIII respublika çempionatında Naxçıvan Dövlət Universiteti də uğurla təmsil olunub.
Naxçıvan Dövlət Universitetində bu münasibətlə keçirilən tədbiri universitetin rektoru, biologiya elmləri doktoru Saleh Məhərrəmov açaraq SİFE - ali təhsil müəssisələri və biznes strukturları arasında qlobal partnyorluq, tərəfdaşlıq və əməkdaşlıq təşkilatının dünya universitetləri arasında əlaqələrin qurulması, tələbələr arasında azad sahibkarlıq sahəsində bilik və təcrübə mübadiləsi baxımından əhəmiyyətini vurğuladı. Rektor universitetin SİFE komandasını yüksək peşəkarlıq nümayiş etdirərək VIII respublika çempionatında 12 komanda arasında III yerə layiq görülməsi münasibəti ilə təbrik edərək bu uğuru muxtar respublikada elm və təhsilin inkişafına, istedadlı gənclərə göstərilən dövlət qayğısı sayəsində qazanıldığını bildirdi. Universitetin Tələbələr Azad Sahibkarlıq Fəaliyyətində (SİFE) komandasının rəhbəri, İqtisad fakültəsinin dekan müavini, dosent Müslüm Cabbarzadə 2008-ci ildə yaradılan komandanın elə həmin ildən Azərbaycan ali məktəblərinin birinciliklərində iştirak etməsi, 2010-cu ildə ölkə çempionu adını qazanaraq ABŞ-ın Los Angeles şəhərində keçirilən dünya çempionatında Azərbaycanı layiqincə təmsil etməsi, 2011-ci ildə yenidən ölkə çempionu kimi Malayziyanın Kuala-Lumpur şəhərində keçirilən dünya çempionatında uğurlu nəticə qazanması barədə məlumat verdi. Qeyd olundu ki, beynəlxalq səviyyədə Azərbaycana ən yüksək səviyyədə uğur gətirən, indiyədək Azərbaycana kubokla qayıtmış yeganə SİFE komandası olan Naxçıvan Dövlət Universitetinin SİFE komandasının builki çempionatdakı çıxışları, təqdim etdikləri layihələr böyük tamaşaçı rəğbəti ilə qarşılanıb. 12 komandanın qatıldığı çempionatda komanda 3 layihə ilə - “Enac tut”, “Örtülü bazar” (parnik), “Unudulmuş dəyər” layihələri ilə çıxış edib. “Enac tut” layihəsi çempionatda ən yaxşı biznes layihəsi nominasiyasının qalibi olub, komandanın rəhbəri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Müslüm Cabbarzadə “İil ərzində ən fəal komanda məsləhətçisi” diplomu ilə təltif olunub. Naxçıvan Dövlət Universitetinin rektoru, biologiya elmləri doktoru Saleh Məhərrəmov “SİFE”-ın rəhbəri, İqtisad fakültəsinin dekan müavini Müslüm Cabbarzadəyə, komandanın kapitanı Nərmin İsmayılovaya və komanda üzvlərinə kubok, diplom və sertifikatları təqdim edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. Komandanın kapitanı və komanda üzvləri qazandıqları uğurlara görə onlara hər zaman mənəvi dəstək olan muxtar respublika və universitet rəhbərliyinə, komandanın rəhbərinə minnətdarlıq etdilər.
Mehriban SULTAN




 
Bölməyə aid digər xəbərlər
25.06.2019
Leyla Əliyeva Moskvada Azərbaycan Mədəniyyəti Günündə iştirak edib
24.06.2019
Azərbaycanda yol hərəkətinin nizamlanması üçün iki yeni nişan yaradılır
24.06.2019
“Əsas hədəf dövlət xidmətlərini insanlar üçün əlçatan, rahat, asan və səmərəli etməkdən ibarətdir”
24.06.2019
Dünya şöhrətli azərbaycanlı ovçu “Russian Business Guide” jurnalında
24.06.2019
Müstəqilliyimizin və müttəfiqliyimizin zəfərlərə aparan sarsılmazlığı

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info