Torpaqların səmərəli istifadəsində Peyk Nəzarət Sistemi qurulur
Tarix: 08.05.2018 | Saat: 00:30:00 | E-mail | Çapa göndər


Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) bildirilib ki, komitə tərəfindən 2018-ci ilin yanvar-mart ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib. Müşavirədə çıxış edən komitə sədri Kərəm Həsənov qarşıdakı hədəfləri açıqlayaraq bildirib ki, dövlət əmlakının idarə edilməsində beynəlxalq standartlara əsaslanan korporativ idarəetmə prinsiplərinin tətbiqi genişləndiriləcək, özəlləşdirmənin tam elektronlaşması təmin ediləcək. Həmçinin daşınmaz əmlakın qeydiyyatı sahəsində vətəndaşın xidmətin məkanında deyil, xidmətin vətəndaşın yanında prinsipi əsas götürülür. Bundan başqa, torpaqların elektron uçotunun yaradılması və sistemli idarə edilməsi reallaşdırılacaq, ölkədə mükəmməl elektron kadastr uçotunun və torpaqlardan səmərəli istifadə edilməsində Peyk Nəzarət Sistemi qurulacaq. Eləcə də göstərilən bütün xidmətlərin vahid Metaməlumat sisteminə inteqrasiyası təmin ediləcək, müasir kadr potensialı formalaşdırmaqla çevik idarəçilik həyata keçiriləcək. Komitə də dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, daşınmaz əmlakın qeydiyyatı, torpaqların elektron uçotunun qurulması, torpaq inzibatçılığı istiqamətindəki görülən işlər və yeni layihələrlə ölkədə aparılan islahatlara öz töhfəsini verib. Müasir çağırışlar əsasında effektiv torpaq idarəçiliyi istiqamətində mühüm layihələr reallaşdırılır, bu sahədə mütərəqqi texnologiyalar və qabaqcıl beynəlxalq təcrübə tətbiq edilir. Ölkədə ilk dəfə Torpaqların Elektron Kadastr Uçotu Sistemi yaradılır. Torpaq idarəçiliyində effektiv dövlət nəzarətinin həyata keçirilməsi üçün Peyk Nəzarət Sistemi qurulur. Bu sistem vasitəsilə əldə ediləcək peyk məlumatları torpaqlardan təyinatından kənar və ya qeyri-səmərəli istifadə hallarını vaxtında aşkar edib, müvafiq tədbirlər görməyə imkan verəcək. Torpaqların keyfiyyətinin müəyyənləşdirilməsinə, münbitliyin operativ qaydada öyrənilməsinə imkan verən yeniliklərdən biri də mobil torpaq laboratoriyalarının istifadəyə verilməsidir. Birbaşa yerlərdə xidmət göstərən mobil laboratoriyaların başlıca məqsədi kəndli və fermerlərə yaxından dəstək olmaqdır.
Daşınmaz əmlakın qeydiyyatının sadələşdirilməsi, xidmətlərdə sosial və innovativ amillərin gücləndirilməsi, rahatlıq və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində tədbirlər davam etdirilir. Vətəndaş məmnunluğunun artırılmasına yönəlmiş mühüm yeniliklərdən biri isə artıq çıxarışların 1 iş günü müddətində verilməsi olub. Qeyd edilib ki, 2018-ci ilin ilk rübündə ölkə üzrə 50 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz çox olub. Aparılan ilkin qeydiyyat isə ötən ilin eyni dövrü ilə müqayisədə 13,7 faiz artıb. Cari ilin yanvar-mart aylarında 45 minə yaxın daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasport tərtib edilib.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info