“Azərbaycandakı sabitlik Avropa İttifaqı üçün böyük əhəmiyyət kəsb edir“
Tarix: 08.05.2018 | Saat: 00:52:00 | E-mail | Çapa göndər


“Avropa İttifaqı və Azərbaycan arasında ortaq çağırışlar var.” Bunu Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri, Avropa Mühafizəkarlar və İslahatçılar Qrupunun üzvü, Böyük Britaniyadan olan deputat Sayyad Kərim bildirib. O deyib ki, 2016-cı ilin noyabrında Azərbaycanla Avropa İttifaqı arasında danışıqlara başlamaq üçün mandat verilib və bu danışıqlar 2017-ci ilin fevralında başlayıb: “Azərbaycanın ticarətinin yarısı Avropa İttifaqı ölkələrinin payına düşür. Avropa İttifaqı ölkələrinin neftə tələbatının 5 faizini Azərbaycan təmin edir. “Cənubi Qaz Dəhlizi” layihəsinə Avropa İttifaqı böyük önəm verir. Bizi həm də Azərbaycanın böyük nəqliyyat qovşağına çevrilməsi maraqlandırır. Bu baxımdan Bakı-Tbilisi-Qars dəmir yolu önəmlidir”. Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri bildirib ki, Azərbaycandakı stabillik Avropa İttifaqı üçün böyük əhəmiyyət kəsb edir: “Prezident İlham Əliyevin fəaliyyəti dövründə fundamental demokratiya məsələlərini müzakirə edəcəyik. Bu gün Prezidentlə görüşdük və çox gözəl müzakirələrimiz oldu. Biz təhlükəsizlik məsələlərinə də nəzər salmalıyıq. Söhbət Dağlıq Qarabağ münaqişəsindən gedir”.




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Yay aylarında Ermənistanda təbii qazın qiymətlərinin artması labüddür
18.03.2019
S-400 sistemlərinin alınması ABŞ-Türkiyə münasibətlərində ciddi problemlər yaradır
17.03.2019
Prezidentin əfv Sərəncamı xalqımızın bayram əhval-ruhiyyəsini daha da yüksəldib
17.03.2019
Prezident İlham Əliyevin son Sərəncamı əsl humanizm nümunəsidir
16.03.2019
Azərbaycan xalqlar arasında qarşılıqlı anlaşmanın təmin olunmasına böyük töhfə verir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10700

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 Film turizmi – yaxşı kino ixrac məhsuludur


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info