“Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü qəbul etməsi böyük əhəmiyyət daşıyır”
Tarix: 08.05.2018 | Saat: 00:54:00 | E-mail | Çapa göndər


“Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycan üçün prioritet məsələlərdən biridir.” Bunu Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasında xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib. M. Məmmədquliyev deyib ki, hazırda qarşılıqlı faydalı əməkdaşlıq hər bir tərəfin marağındadır: “Tərəfdaşlıq və əməkdaşlıq sazişinin imzalanması, vizaların asanlaşdırılması, mobillik sahəsində tərəfdaşlığa dair müştərək bəyannamə və digər addımlar uğurlu əməkdaşlığa yol açıb. Azərbaycan hazırda Avropa İttifaqının Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Qarşılıqlı hörmət və ortaq maraqlarla bağlı saziş tərəfdaşlığımızın strateji bünövrəsini formalaşdırır, amma yeni sazişin imzalanması vacib məsələdir. Enerji sahəsində strateji anlaşma olduqca vacib idi. “Şərq Tərəfdaşlığı” çərçivəsində keçirilən Riqa sammitində Azərbaycan müvafiq mövqeyini açıqlayıb. 2016-2017-ci illərdə biz Azərbaycan və Avropa İttifaqı arasında sazişlə bağlı görülən işlərdən danışa bilərik. Söhbət üç istiqamətdən gedir. Birincisi siyasi sahədə Azərbaycan üçün əsas məsələ qarşılıqlı öhdəliklərin əks etdirilməsidir. Bu, beynəlxalq çərçivədə tanınmış sərhədlərin tanınmasını özündə ehtiva edir. Azərbaycanın ərazi bütövlüyü həm də Avropa üçün vacib məsələdir, bütövlükdə regionun sabitliyi və inkişafı üçün önəmlidir. Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü qəbul etməsi tərəflərin münasibətləri üçün böyük əhəmiyyət kəsb edir. Biz insan hüquqları və demokratiya məsələləri barədə də razılığa gəlmişik. İkincisi ticarət və investisiya məsələləridir. Bu danışıqlar Ümumdünya Ticarət Təşkilatının prinsiplərinə uyğun aparılmalıdır. Keçmişdə Avropa İttifaqı müəyyən çevik yanaşmalar müəyyən edib. Bu, Ümumdünya Ticarət Təşkilatına üzv olmayan ölkələri əhatə edib. Üçüncüsü sektoral məsələlərdir, biz elm, təhsil və innovasiyalar, mədəniyyət, gənclər, turizm fəsillərini tamamlamışıq. Bir sıra məsələlər barədə də razılıq əldə edilib. Bura enerji sahəsində əməkdaşlıq da daxildir. Vətəndaş cəmiyyətinə dair məsələ ilə bağlı da müvafiq razılıq əldə etdik ”.





 
Bölməyə aid digər xəbərlər
24.04.2019
Müxalifət dəyişməlidir...
23.04.2019
“Erməni soyqırımı”, yalanlar və gerçəklər: Qərbin Türkiyəni şantaj siyasəti
23.04.2019
Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
22.04.2019
Azərbaycan dövlətçilik tarixinin inkişaf mərhələlərinə ümumi bir baxış
20.04.2019
“Stonehenge” tarixi abidəsini Anadoludan gələnlər tikiblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info