Putinin andiçmə mərasimi keçirildi
Tarix: 08.05.2018 | Saat: 00:55:00 | E-mail | Çapa göndər


Baş nazir vəzifəsinə Medvedevin namizədliyi irəli sürüldü

Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimi keçirilib. Böyük Kreml Sarayında keçirilən mərasimdə 5 min qonaq iştirak edib. Hökumət üzvləri, Dövlət Duması və Federasiya Şurasının deputatları, prezident administrasiyasının rəhbərliyi, Konstitusiya Məhkəməsinin hakimləri, Rusiyada akkreditə olunmuş xarici ölkələrin səfirləri və prezident seçkilərində Vladimir Putinin səlahiyyətli nümayəndələri olmuş şəxslər andiçmə mərasimində fəxri qonaq qismində iştirak ediblər. Vladimir Putin Kremlin 1 nömrəli korpusunda yerləşən iş otağından çıxaraq Rusiya prezidenti üçün istehsal olunan "Kortej" adlı yeni prezident limuzinində Böyük Kreml sarayına gedib. O, Böyük Kreml sarayının darvazalarından daxil olaraq Georgiyevsk və Aleksandrovsk zallarından keçərək Andreyevsk zalında andiçmə mərasimi üçün hazırlanan tribunaya qalxıb. Tribunada Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko, Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkin yer alıblar. Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkin dövlət başçısı seçilmiş Putindən and içməsini xahiş edib. Putin sağ əlini Konstitusiyaya qoyaraq and içib: "And içirəm ki, Rusiya Federasiyası prezidenti səlahiyyətlərini həyata keçirirkən insan və vətəndaş hüquqları və azadlıqlarını qoruyacağam və hörmət edəcəyəm, Rusiya Federasiyası Konstitusiyasına riayət edəcəyəm, dövlətin suverenliyini, müstəqilliyini, təhlükəsizliyini və bütövlüyünü qoruyub, xalqa sədaqətlə qulluq edəcəyəm". Sonra Konstitusiya Məhkəməsinin sədri Putinin prezident vəzifəsində fəaliyyətə başlamasını elan edərək hakimiyyət simvollarını ona təqdim edib. Rusiya himni səsləndikdən sonra dövlət başçısı vətəndaşlara müraciət edib. Putin deyib ki, Rusiya beynəlxalq həyatın güclü, aktiv, nüfuzlu iştirakçısıdır: "Biz dialoqa açığıq. Tərəfdaşlarımızla birlikdə fəal şəkildə inteqrasiya layihələrini təşviq edəcək, işgüzar, humanitar, mədəni və elmi əlaqələri artıracağıq". Onun sözlərinə görə, Rusiya dünyada sülh və sabitliyin qorunmasında maraqlı tərəf olduğundan hamı ilə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın tərəfdarıdır: “Bu gün həyatın yeni keyfiyyəti, rifah, təhlükəsizlik insan sağlamlığı ən əsas amillərdir. Siyasətimizin mərkəzində dayananlar məhz bunlardır". Rusiya prezidenti diqqətə çatdırıb ki, dövlətin prioritet vəzifələri sırasına, həmçinin təhsil, ana və uşaq sağlamlığının mühafizəsi də daxil olmalıdır. Onu da qeyd edək ki, Rusiya hökuməti istefaya gedib. Bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, hökumət tam tərkibdə istefaya gedib. Rusiya prezidenti Vladimir Putin baş nazir vəzifəsinə Dmitri Medvedevin namizədliyini irəli sürüb. Medvedevin namizədliyini Dövlət Duması təsdiqləməlidir. "Rusiya Konstitusiyasının 83 və 111-ci maddələrinə müvafiq olaraq prezident Rusiya Federasiyasının hökumət sədri vəzifəsinə təyin olunması üçün Dmitri Medvedevin namizədliyini Dövlət Dumasına təqdim edib" - deyə Kremlin yaydığı məlumatda qeyd olunub.
Xatırladaq ki, bu, Vladimir Putinin dördüncü prezidentlik dövrüdür. O, ilk dəfə Rusiya Federasiyasının başçısı vəzifəsinə 2000-ci ildə seçilmişdi.

Anar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info