Vüqar Əliyev: “Ulu öndərin məqsədi o idi ki, mətbuat müstəqil olmaqla yanaşı, güclü olsun”
Tarix: 08.05.2018 | Saat: 00:56:00 | E-mail | Çapa göndər


Bakıda “Heydər Əliyev siyasəti: hüquqi dövlət quruculuğunda media təminatı” mövzusunda konfrans keçirilib. Konfransın açılışında çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə Azərbaycanın ictimai-siyasi həyatında əldə olunan nailiyyətlərdən, ölkənin daxili inkişafı, beynəlxalq aləmdə imicinin formalaşması istiqamətində görülən işlər, Azərbaycanın hüquqi dövlətə çevrilməsi yönündə keçirilən islahatlardan söz açıb. Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev bildirib ki, Heydər Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycan çox ciddi sarsıntılardan qurtula bilib: “Ulu öndərin siyasətinin əsas məqsədi o idi ki, Azərbaycan mətbuatı müstəqil olmaqla yanaşı, güclü olsun. Bu gün də dövlətin mətbuat üzərində hər hansı bir nəzarəti yoxdur. Heydər Əliyev tərəfindən əsası qoyulmuş media siyasəti bu gün də uğurla davam etdirilir. Azərbaycan mediasının ciddi inkişaf yolu keçdiyini görə bilərik". “İki sahil” qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanda Heydər Əliyevin sayəsində söz azadlığı təmin olunub və bu gün Azərbaycan jurnalistikası Prezident İlham Əliyevin müvafiq qərar və sərəncamları ilə uğurla inkişaf edir. “Heydər Əliyevin qoyub getdiyi siyasət tərəqqi deməkdir və bu gün də bu siyasət müasir şəkildə İlham Əliyev tərəfindən davam etdirilir.” Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru Vüqar Səfərli də öz növbəsində deyib ki, Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanda bütün sahələrə diqqət artdı və bir çox güzəştlər oldu: "Bu gün bütün çətinliklərdən uzaq olsaq da, torpaqlarımızın işğal altında qalması yeganə problemimiz olaraq qalır". Heydər Əliyevin jurnalistlər arasında səmimi bir mühit yaratdığını söyləyən deputat Aqil Abbas da Azərbaycanda mətbuat azadlığının bərqərar olmasında H. Əliyevin rolundan söz açıb. Millət vəkili Hikmət Babaoğlu isə bildirib ki, Heydər Əliyev jurnalist peşəsinin çətin olduğunu deyir və bu fəaliyyəti həmişə qiymətləndirirdi: "O, Azərbaycan mətbuatının böyük qayğıkeşi idi və fəaliyyətini həmişə stimullaşdırırdı". Konfrans müzakirələrlə davam etdirilib.

Anar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info