“Torpaqlarımızın 20 faizi işğal olunub, Avropa İttifaqı isə orada bir kriminalı müdafiə edir“
Tarix: 08.05.2018 | Saat: 14:32:00 | E-mail | Çapa göndər


“Azərbaycanın hansı regionda yerləşdiyi məlumdur. Azərbaycanın “Əsrin müqaviləsi” imzalanarkən hansı təhdidlərlə qarşı-qarşıya olduğu da məlum idi. Heydər Əliyev də bunu qeyd etmişdi. Buna baxmayaraq, Azərbaycan o vaxt bu müqaviləni imzaladı”.
APA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasının ikinci sessiyasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar, mövcud vəziyyət mövzusunda çıxış edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib.
Z. Əsgərov bu gün Avropa İttifaqının enerji təhlükəsizliyində böyük rol oynayacaq Cənub Qaz Dəhlizinin yaradıldığını xatırladıb: “Ermənistan bu gün terror siyasəti yürüdür. Bu gün Ermənistanda terror dövlət siyasətidir. Bu siyasətin müəllifi olan Serj Sarkisyanı hakimiyyətdən qovdular. Görək, Sarkisyandan sonra Ermənistanda sağlam düşüncəli insan gələcəkmi? Nə qədər Azərbaycan torpaqları işğal altındadır, Ermənistanda firavanlıq olmayacaq. Ermənistan işğalçılıq siyasətindən əl çəkməlidir, yalnız bundan sonra regionda sabitlik yarana bilər. Ancaq Ermənistan beynəlxalq hüququ saymır. Avropa İttifaqı niyə Azərbaycan qarşı ikili siyasət həyata keçirir, işğalçı Ermənistana qarşı isə sanksiya tətbiq olunmur? Ukrayna ilə bağlı Rusiyaya isə fərqli münasibət göstərilir. Torpaqlarımızın 20 faizi işğal olunub, siz isə orada bir kriminalı müdafiə edirsiniz. Bu gün Azərbaycanın işğal olunmuş rayonlarında narkotik yetişdirilir. Hazırda Avropada satılan narkotik vasitələrin əksəriyyəti işğal altındakı ərazilərdə yetişdirilir".




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info