“Ulu öndər Heydər Əliyev - Azərbaycan dövlətinin qurucusu kimi” mövzusunda konfrans keçirilib
Tarix: 08.05.2018 | Saat: 15:10:00 | E-mail | Çapa göndər


Sahil Babayev: “Heydər Əliyevin sosial sahənin inkişafı ilə bağlı ideyalarının gerçəkləşdirilməsi məqsədilə ölkədə aparılan uğurlu dövlət siyasətinin icrasına dəyərli töhfələrini vermək üçün nazirlik tərəfindən səylər daim artırılacaq”

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Ulu öndər Heydər Əliyev-Azərbaycan dövlətinin qurucusu kimi” mövzusunda konfrans keçirilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev tədbiri giriş sözü ilə açaraq, dünya şöhrətli siyasi şəxsiyyət, görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin milli dövlətçilik ideyasının demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prinsipləri və azərbaycançılıq məfkurəsi əsasında gerçəkləşdirilməsi və müasir müstəqil Azərbaycan dövlətinin qurulması naminə misilsiz tarixi xidmətlərini diqqətə çatdırıb.
Nazir vurğulayıb ki, müstəqil dövlətimizin qurulması üçün güclü sosial-iqtisadi və intellektual potensialın formalaşdırılması hələ ötən əsrin 70-80-ci illərində respublikamıza rəhbərliyi zamanı Ulu öndərimizin əsas fəaliyyət prinsipi olub. Həmin dövrdə Azərbaycan keçmiş ittifaq məkanında geri qalmış respublikalar sırasından çıxaraq inkişaf etmiş sənaye respublikasına çevrilib, ölkəmizin iqtisadi, sosial, ictimai-mədəni həyatında intensiv inkişaf təmin olunub, eyni zamanda, əhalinin məşğulluq imkanları genişləndirilib, rifah halı yaxşılaşdırılıb.
S.Babayev bildirib ki, xalqın tələbilə 1993-cü ilin iyun ayında yenidən respublikamıza rəhbərliyə qayıdan ümummilli liderimiz Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurulması və ildən-ilə möhkəmləndirilməsi kimi mühüm tarixi vəzifəni yüksək səviyyədə yerinə yetirib. Ulu öndərimiz Ermənistanın təcavüzünün qarşısını alaraq cəbhədə atəşkəsə, iqtisadi tənəzzülün, kəskin inflyasiyanın qarşısının alınmasına, respublikanın iqtisadi potensialının üzə çıxması üçün “Əsrin müqaviləsi”nin imzalanmasına nail olub. Eyni zamanda, ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın beynəlxalq münasibətlərini qaydaya salaraq, bu münasibətlər sistemində dövlətimizin mövqeyinin güclənməsini, ölkəmizin ərazi bütövlüyünün beynəlxalq səviyyədə tanınması üçün diplomatik uğurların əldə olunmasını təmin edib.
Ölkəmizi uzunmüddətli inkişaf yoluna çıxaran Ulu öndərimiz əhalinin rifah halının təminatını, vətəndaş firavanlığını başlıca hədəf kimi müəyyən edən sosial dövlət ideyasını da uğurla reallaşdırıb.
Nazir vurğulayıb ki, ümummili liderimiz Heydər Əliyevin müdrik siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə və qlobal məkanda baş verən proseslər praqmatik mövqedən nəzərə alınmaqla uğurla davam etdirilməsi, Ulu öndərimizin əbədiyaşar ideyalarının, Azərbaycanın sabit və uzunmüddətli tərəqqi yolunu müəyyən edən inkişaf strategiyasının yüksək səviyyədə gerçəkləşdirilməsi son 15 ildə ölkəmizin bütün istiqamətlər üzrə mühüm tarixi nailiyyətlərə imza atmasına səbəb olub. Bu dövrdə dinamik və davamlı inkişaf yolunda inamla irəliləyərək Cənubi Qafqazın güc mərkəzinə çevrilən Azərbaycan özünün müasir və tolerant cəmiyyət modeli, regionda sülhə, sabitliyə və əməkdaşlığa zəmin yaradan və qlobal önəm kəsb edən möhtəşəm layihələri uğurla reallaşdırması, bütün əməkdaşlıq formatlarında etibarlı tərəfdaş kimi tanınması ilə dünya birliyində nüfuzlu mövqeyə yiyələnib.
S.Babayev əhalinin sosial müdafiəsinin gücləndirilməsi, əmək və sosial müdafiə sisteminin təkmilləşdirilməsi sahələrində də mühüm addımların atıldığını diqqətə çatdırıb. Nazir Ulu öndərimiz Heydər Əliyevin sosial sahənin inkişafı ilə bağlı ideyalarının gerçəkləşdirilməsi məqsədilə ölkədə aparılan uğurlu dövlət siyasətinin icasına dəyərli töhfələrini vermək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən səylərin daim artırılacağını vurğulayıb.
Tədbirdə çıxış edənlər müasir müstəqil Azərbaycan dövlətinin ümummilli liderimiz Heydər Əliyevin şah əsəri olduğunu diqqətə çatdırıb, müstəqil dövlətimizin qurulması və inkişafı, ölkəmizin bütün sahələrdə böyük perspektivlərə doğru irəliləməsi, eyni zamanda, respublikada sosial inkişafın təmin olunması, sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğıısnın artırılması üçün Ulu öndərimizin göstərdiyi mühüm tarixi xidmətlərdən bəhs ediblər.
Daha sonra Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin struktur bölmələri arasında təşkil olunan mini-futbol və şahmat turnirlərinin qaliblərinə fəxri fərmanlar və mükafatlar təqdim olunub.
Konfransın sonunda Yeni Azərbaycan Partiyasının (YAP) sıralarına qəbul edilmək üçün ərizə ilə müraciət edən Nazirlik əməkdaşlarının YAP sıralarına üzvlük məsələlərinə baxılıb.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Avropadakı diaspor təşkilatları Vətənimizə qarşı təxribatçı çağırışlara etiraz edir
18.10.2019
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb
18.10.2019
Avropada icazəsiz aksiya təşkilatçılarını və iştirakçılarını pul cəriməsi və həbs gözləyir
18.10.2019
Yenilənmiş Azərbaycana yeni müxalifət lazımdır: radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib
18.10.2019
Minsk Qrupu ermənilərə təsir etməlidir ki, qanunsuz, cinayətkar fəaliyyətlərinə son qoysunlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info