Azərbaycanlı yazar Türkiyədə Mir Cəlal haqqında çıxış edib
Tarix: 08.05.2018 | Saat: 15:44:00 | E-mail | Çapa göndər


Kocaeli Böyükşəhər Bələdiyyəsinin həyata keçirdiyi 10. Kitab Sərgisində Türkiyədə Azərbaycan ədəbiyyatını təmsil edən “Araz” yayınlarının dəstəyi ilə iştirak edən yazıçı – jurnalist Oktay Hacımusalı tədbir çərşivəsində “Azərbaycan sovet ədəbi tənqidi və Mir Cəlal Paşayev” mövzusunda çıxış edib. Bu barədə “Palitranews.az” saytına yazar özü məlumat verib. Yazar bildirib ki, bu tədbir çərçivəsində qardaş ölkədə yaşayan ədəbiyyatsevərlərə Mir Cəlal yaradıcılığının müxtəlif aspektləri ilə bağlı məlumat versə də, mövzuya uyğun olaraq məruzə Mir Cəlal imzasının Azərbaycan ədəbi tənqidindəki yerinə həsr olunub: “Azərbaycan ədəbiyyatşünaslığında özünəməxsus yeri olan Mir Cəlal yaradıcılığı ilə bağlı Türkiyəli oxuculara məlumat verərkən, onun yazdığı monoqrafiyalardan, elmi məqalələrdən sitatlar gətirib ədəbiyyatımızda açdığı elmi – nəzəri dolğunluq cığırını da diqqət mərkəzində saxlamağa çalışdım. Mir Cəlal haqqında məruzə etməyin əslində nə qədər məsuliyyətli bir iş olduğunun fərqində idim, çünki, məruzəmdə də qeyd etmişdim ki, ədəbi tənqidimiz və ümumilikdə ədəbiyyatımız onun əsərlərindən çox şey öyrənib və bu gün də öyrənməkdədir. Ümid edirəm ki, etdiyim məruzə Türkiyəli ədəbiyyatsevərlərin xoşuna gəlib”. Yazar Azərbaycan ədəbiyyatı ilə bağlıbelə silsilə məruzələri gələcəkdə də qardaş ölkədə davam etdirəcəyini bildirib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info