Şagirdlər ekologiyanı qorumağın yollarını araşdırıblar
Tarix: 08.05.2018 | Saat: 16:18:00 | E-mail | Çapa göndər


Hər tədris ilində orta ümumtəhsil məktəblərində keçirilən açıq dərslərin yaranma tarixi ötən əsrin sonlarına təsadüf etsə də, analoji dərslərdə tədris metodu, şagirdlərin dünyagörüşünü artırmaq, erudisiyasını, nəzəri biliklərini, yüksək məntiqi dəyər və düşüncələrini sərgiləmək baxımından hər zaman aktualdır. Açıq dərs müvafiq mövzunun müəllim və şagirdlər tərəfindən aydın, ifadəli, vizual olaraq təqdim olunmasıdır. Sumqayıt şəhər Humanitar və Təbiət-Riyaziyyat Təmayüllü İstedad Liseyinin 4 “ç” sinfində keçirilən açıq dərs sözügedən dərs forması idi. İbtidai sinif müəllimi Rövşanə Bəbirli tərəfindən “Həyat bilgisi” fənni üzrə keçirilən dərs, “Ekologiya nədir” mövzusuna həsr olunub. 4 “ç” sinif şagirdləri əvvəlcə dərsdə iştirak edən “İstedad” liseyinin direktoru Adilə Süleymanova və digər qonaqları salamlayıblar.
Dərsin mövzusuna uyğun olaraq şagirdlərə “Təbiəti qoruyaq” adlı videoçarx nümayiş olunub. Videoçarxda təbiətin qoynunda dincələn dostların “piknik” etdikdən sonra ətraf mühitə vurduqları ziyandan- istifadə etdikləri əşyaları, yeyib-içdikləri məmulatları laqeydliklə yerə atmasından, bu azmış kimi, meşəni yandırmasından vizual olaraq bəhs olunub. Filmə ad verərək onu ətraflı şəkildə təhlil edən şagirdlər bildiriblər ki, ətraf mühit, həyatın var olma səbəbidir. İnsanlar tərəfindən ona edilən təsirlər bəşəriyyətə qarşı sui-qəsdə bərabərdir. Biz ətraf mühiti qorumaqla, həyatı qorumuş oluruq. Filmlə bağlı şagirdlərin fikirlərini təhlil edən müəllimə R. Bəbirli bildirib ki, deyilənlərin hamısını “Ekologiya” adlandırmaq olar. O, ekologiya elminin yaranma tarixindən və zərurətindən bəhs edib. Bildirib ki, açıq dərsdə mövzuya uyğun olaraq məqsəd canlı və cansız təbiət arasında qarşılıqlı əlaqələri, təbiətə ziyan vuran süni amilləri, Azərbaycanın əsas ekoloji problemini öyrənməkdir.
Sonra şagirdlərə “Bəxt üzüyü” kinofilmindən ekologiya ilə bağlı məşhur fraqment təqdim olunub. Eyni zamanda “Ekologiya nədir”, “Ekologiya elminin təbiətin qorunmasında rolu nədən ibarətdir” suallarını araşdırmaq tapşırığı verilib. Şagirdlər həyat mühiti və ekoloji faktorlar; insan tərəfindən təbii ekosistemlərin fəaliyyət prinsiplərinin pozulması və onun ekoloji nəticələri; ətraf mühitin əsas çirkləndiricilərinin xarakteristikası və onların insanın sağlamlığına təsiri, avtomobil nəqliyyatının tullantılarının ətraf mühitə və insanın sağlamlığına təsiri ilə bağlı səhnəciklər təqdim ediblər.
Dərslikdəki “Ekologiya nədir?” mətnini sürətli və səlis oxuyan şagirdlər qırmızı, ifadəsiz oxuyanların isə sarı kartla qiymətləndirilməsi ilə bağlı məlumat verilib. Eyni zamanda tapşırılıb ki, fəaliyyətləri üzrə yaradılan “Su”, “Təbiət ”, ”Hava” “ Torpaq”, “İnsanlar” qrupunun üzvləri yuxarıda göstərilən suallar üzrə araşdırma aparsınlar. Qeyd edək ki şagirdlər fəaliyyətləri üzrə araşdırmalarını, təbii hadisələr zamanı ətraf mühiti çirkləndirən amillərdən bəhs edən çarxın müşayiəti ilə aparıblar.
Qruplar fəaliyyət proqramlarını ardıcıl olaraq təqdim ediblər. Əvvəlcə “Hava” qrupunun “havanı çirkləndirən amillər hansılardır?” ,”havanı çirklənmədən qorumaq hamının borcudur” mövzusu üzrə təqdimatı olub. Bildirilib ki, ətraf mühitin çirklənməsi — antropogen fəaliyyət prosesində müxtəlif maddələr və birləşmələrin atılması nəticəsində onun xüsusiyyətlərinin zərərli istiqamətdə dəyişməsidir. Təbii mühitin çirklənməsinin əsas mənbəyi istehsal və cəmiyyətin həyat fəaliyyəti prosesində əmələ gələn külli miqdarda tullantıların atılmasıdır.
“Su” qrupunun təqdimatı “Xəzər dənizi niyə və nə üçün çirklənir? Suyun təbiətdə rolu” mövzusu olub. Təqdimatda bildirilib ki, çaylar vasitəsilə hər il Xəzərə çoxlu çirkab suları daxil olur. Onun yarıdan çoxu Volqa çayının payına düşür.
“Torpağın xassələri hansılardır? Torpaq nə zaman çirklənir” -sualları “Torpaq” qrupunun təqdimatına aid olub. Təqdimatda qeyd olunub ki, torpağın əsas xassəsi onun münbitliyidir.
“Təbiət” qrupunun təqdimatı “Cəmiyyətin inkişafı ətraf mühitə necə təsir edir və ekologiyanın vəzifəsi nədir” suallarından ibarət olub. Təqdimatda deyilib ki, ətraf mühit: insanları əhatə edən, onlarla qarşılıqlı əlaqədə olan günəş şüaları, su, torpaq, hava, canlılar, əşyalar, qurğular nəzərdə tutulur.
“İnsanlar” qrupu “İnsanlar təbiətə zərər vermədən ondan necə istifadə edirlər?”, “Təbiətin mühafizə günü varmı” sualı ilə bağlı təqdimat ediblər. Qeyd olunub ki, təbiəti qorumaq üçün ağac əkmək çox faydalı, həm də çətin olmayan bir işdir.
Qrupların təqdimatından sonra şagirdlərə “ağlayan Yer kürəsi” fotosu təqdim olunub. Fotonu “gülən Yer kürəsi” formasında tərtib etmək üçün problemli situasiya yaradılıb. Situasiyaya əsasən “Hava” qrupunun üzvləri meşədəki quşlar, “Su” qrupunun üzvləri dənizdəki balıqlar, “Təbiət” qrupunun üzvləri meşədəki ağaclar, “Torpaq” qrupunun üzvləri şərti olaraq meşədəki heyvanlar, “İnsanlar” qrupunun üzvləri fabrik rəhbərləri və işçiləri hesab olunub. Situasiyadakı problemi çözmək üçün qrup üzvləri arasında diskussiya, qarşılıqlı polemika aparılıb, hər masa öz iradını “fabrik rəhbərliyinə və işçilərinə” bildirib.
Ölkədə baş verən ekoloji vəziyyətlə tanış olan şagirdlər kiçik səhnəciyə də tamaşa ediblər. Səhnəcikdə  Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın ətraf mühitin mühafizəsi ilə əlaqədar fikirləri səsləndirilib. Sonra şagirdlər ekologiya ilə bağlı mahnı oxuyublar.
R. Bəbirli xüsusi meyarlar-mətni sürətli oxuma, ekoloji problemləri tanımaq qabiliyyəti, bu problemlərdən yaranan fəsadların həlli yollarını araşdırmaq bacarığına görə şagirdləri qiymətləndirib. Dərsin sonunda ev tapşırığı olaraq şagirdlərə yaşadıqları yerin ekoloji problemləri ilə bağlı təqdimat hazırlamaq tapşırılıb. Müasir dərsin tələblərinə cavab verən dərsin sonunda müəllimlər tərəfindən dərs təhlil olunub. Dərsin mənfi və müsbət tərəfləri araşdırılıb.
Əkbər




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
149 667 manat gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib
21.01.2019
“Güzəştli mənzil” sistemindəki yeniliklər mayın 1-dən tətbiq ediləcək
21.01.2019
Ötən il 51 774 nəfər şəxs münasib işlərlə təmin edilib
21.01.2019
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info