Əli Həsənov: “Ümummilli lider dövlət-din münasibətlərinin gözəl modelini yaratdı”
Tarix: 08.05.2018 | Saat: 16:51:00 | E-mail | Çapa göndər


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.
 

Konfransda Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, QMİ sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə, dini konfessiyaların başçıları, millət vəkilləri iştirak ediblər.
 
A. Paşazadə bildirib ki, müstəqil Azərbaycan dövlətinin qurucusu olan Heydər Əliyevin Azərbaycan naminə xidmətləri misilsizdir: "Heydər Əliyev ümummilli lider missiyasını həyata keçirərək, ölkəmizi dini zəmində parçalamaq, mənəvi cəhətdən zəiflətmək, məzhəb ayrı-seçkiliyi salmaq istəyənlərin niyyətlərini puç edərək dövlətçiliyimizi xilas etdi. Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ilk olaraq Təzəpir məscidini ziyarət etdi, dindarlar qarşısında çıxış edib dedi ki, Allahın yolunda hamımız bir olaq. Ulu öndər Bibiheybət məscidinin bərpası haqda sərəncam imzaladı. Dinindən, dilindən asılı olmayaraq Azərbaycan vətəndaşlarına eyni münasibət bəsləyən Heydər Əliyev həzrətləri illərin sınağından çıxmış adət və ənənələrə ehtiramla yanaşırdı, müxtəlif icmaların bayramlarında həmvətənləri ilə birgə olur, onları təbrik edirdi. 1998-ci ildə Rus Pravoslav Kilsəsinin Bakı yeparxiyası yaradıldı, Jen-Mironosits kilsəsi bərpa olundu. Bu, ölkəmizdə yaşayan pravoslav icmasının dini ehtiyaclarının qarşılanması yönündə böyük addım idi. Azərbaycanda yaşayan yəhudi icması üçün yeni sinaqoq binası, azsaylı katolik icması üçün kilsə inşa edildi".
 
A. Paşazadə deyib ki, Heydər Əliyev Azərbaycan xalqının etnik-dini monolitliyini, multikulturalizmini daim nümayiş etdirib: "Bu ənənə bu gün dövlət başçımız İlham Əliyev tərəfindən ehtiramla yaşadılır. Azərbaycan dağılmaq, xəritədən silinmək həddində olarkən, Allahın mərhəməti və xalqın çağırışı, dəstəyi ilə ulu öndər Heydər Əliyev həzrətləri Azərbaycana gəldi və müstəqilliyimizin əbədiliyini əmin etdi, dövlətçiliyi bizə əmanət qoydu. Ulu öndərimizin ən böyük arzusu ölkəmizin ərazi bütövlüyünün bərpası, qaçqın və məcburi köçkün soydaşlarımızın öz dədə-baba yurdlarına qayıtması, doğma Qarabağımızda dağıdılmış mədəni-mənəvi abidələrimizin bərpa edilməsi idi. Əminəm ki, inşallah, xalqımız Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə bu arzunu da gerçəyə çevirəcək. Heydər Əliyev bədxahlar tərəfindən siyasi hakimiyyətdən uzaqlaşdırılmasaydı, nə Şuşa, nə digər əzəli torpaqlarımız işğala məruz qalardı. Allah vətən torpağı uğrunda şəhid olan övladlarımıza rəhmət eləsin! Heydər Əliyevin dövlətçilik məktəbi var olduqca, müstəqilliyimiz və rifahımız əbədi olacaq. Biz dindarlar, bünövrəsi ulu öndər tərəfindən qoyulan, Azərbaycan xalqının gələcəyi və rifahı naminə aparılan dövlət siyasətini bəyənir və dəstəkləyirik. Allahın köməyi və müdrik dövlət başçımızın rəhbərliyi ilə Azərbaycan xalqı dünya miqyasında daha böyük uğur və qələbələrə imza atacaq. İnşallah, haqqın qalibiyyəti bizimlə olacaq!"
 
Əli Həsənov Heydər Əliyevin Azərbaycan xalqının inkişafının, taleyinin müəyyən olunmasında pay sahibi olduğunu vurğulayıb: "Heydər Əliyev Azərbaycan xalqının həm keçmiş, həm bugünkü, həm də gələcək taleyində önəmli nümunələr yaratdı. Bu nümunələr ətrafında Azərbaycan xalqı yaşayır, fəaliyyət göstərir və cəmiyyətimiz dünyaya çoxsaylı – tolerantlıq, ictimai-siyasi sabitlik, xalqlar, millətlər, dinlər arasında birgə yaşayışın sivil normalarının gözəl nümunələrini təqdim edir. Bu nümunələrlə biz fəxr edirik”.
 
Prezidentin köməkçisi bildirib ki, Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bütün vasitələrlə Azərbaycan dövlətini xilas etdi və onun qurtuluş missiyasını öz çiyninə götürdü: “Dövlətin təməlində milli birlik, ictimai-siyasi sabitlik, vətəndaşların iradəsi dayanmalıdır. Ona görə də ümummilli lider milli birlik, vətəndaş birliyi yaratdı. Bu vətəndaş birliyini də çox zərgər dəqiqliyi ilə seçdi. Bu vətəndaş birliyinin təməlində dayanan insanların dininə, dilinə, mədəniyyətinə sayğı idi. O vaxta qədər Azərbaycan cəmiyyətini müxtəlif xalqlar və etnik qruplar arasında mübarizəyə sürükləyən insanlar Azərbaycanda ciddi milli-etnik qarşıdurma yaratmışdı. Heydər Əliyev bu qarşıdurmanı aradan qaldırdı və hər bir insanın dininə, etnik dəyərlərinə, mədəniyyətinə hörmətlə yanaşdı. Ümummilli lider dövlət-din münasibətlərinin gözəl modelini yaratdı. Azərbaycanın bugünkü islam dini modelinə və dini tolerantlığına baxın. Bizim dini modelimizə əsasən, dini inanclı insanlar dövlətin dünyəvi normalarına müdaxilə etmir, dövlət isə dini inanclı insanların dini ayinlərinə müdaxilə etmir. Bu qızıl ortanı ümummilli lider müəyyən edib”.  
 
Ə. Həsənov qeyd edib ki, Azərbaycanda bütün dinlərin, mədəniyyətlərin nümayəndələrinə hörmətlə yanaşılır: “Azərbaycan cəmiyyətində məzhəbçilik yoxdur, heç zaman ölkəmizdə sünni-şiə qarşıdurması olmayıb. Ona görə ki, Azərbaycanda heç kimin qəlbində belə ayrı-seçkilik yoxdur. Bax liderin yaratdığı nümunə budur”.
 
Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov bəyan edib ki, Heydər Əliyev ömrünü Azərbaycan xalqına həsr edib: "Allahın ona verdiyi vəzifəni Heydər Əliyev uğurla yerinə yetirdi. Sovet dövründə Azərbaycan 15 respublika arasında ən aşağı yerlərdə idi. Ulu öndər 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başladıqdan sonra ölkə çox böyük nailiyyətlər əldə etdi. Gördüyü işlər nəticəsində Heydər Əliyev SSRİ kimi hegemon dövlətin rəhbərliyində təmsil olundu. Ulu öndərin möhkəm iradəsi nəticəsində Azərbaycan xalqı ayağa qalxdı. Ulu öndər bir müddət siyasətdən uzaq qaldı. Azərbaycanın Heydər Əliyevsiz qalması ölkəni böyük fəlakətlərə apardı. Torpaqlarımızın 20 faizi işğal olundu, minlərlə şəhid verdik, vətəndaşlarımız məcburi köçkünə çevrildi. Naxçıvan da Qarabağ kimi işğal ediləcəkdi. Heydər Əliyevin Naxçıvana gəlməsi muxtar vilayəti işğal təhlükəsindən xilas etdi. Ulu öndər Azərbaycan xalqının tarixində əbədi bir yer qazandı. Azərbaycan prezidenti cənab İlham Əliyev də apardığı siyasətlə ulu öndərin layiqli davamçısı olduğunu sübut etdi".
 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıqeyd edib ki, Heydər Əliyev müstəqil Azərbaycanın təməl prinsiplərini müəyyənləşdirib: "Bu təməl prinsiplərə azərbaycançılıq, mənəvi dəyərlərə sadiqlik, dövlət - vətəndaş həmrəyliyi və s. aiddir. Bu təməl prinsiplər bizim üçün əbədidir".
 
Millət vəkili Siyavuş Novruzov qeyd edib ki, Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan dünya ölkələri arasında özünə layiqli yer tutub: "Ulu öndər Heydər Əliyev uzaqgörən, böyük bir siyasətçi idi. Heydər Əliyev tək Azərbaycana yox, bütün regiona nəzarət edirdi".
Konfrans çıxışlarla başa çatıb.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sosial şəbəkələr müxalifətdaxili mübarizənin yeni meydanına çevrilib
21.11.2018
Sergey Markov: “Rusiya və Belarusun Azərbaycanla yaxşı münasibətləri Paşinyanı qıcıqlandırır”
21.11.2018
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-ın Bruklin şəhərinin meri ilə görüşüb
21.11.2018
Üçtərəfli görüşün yekunlarına dair protokol imzalanıb
21.11.2018
Moskvada MDB dövlətlərinin təhlükəsizlik şuraları katiblərinin altıncı görüşü keçirilib - YENİLƏNİB

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info