BANM və Kompleks Qazma İşləri Tresti arasında razılaşma imzalanıb
Tarix: 08.05.2018 | Saat: 16:54:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində (BANM) Kompleks Qazma İşləri Trestinin (KQİT) müdiri ilə Ali Məktəbin 4-cü və 5-ci kurs tələbələri arasında görüş keçirilib. Görüş zamanı BANM-ın rektoru Elmar Qasımov və  KQİT-nin müdiri İskəndər Şirəli iki müəssisə arasında əməkdaşlıq haqqında razılaşma imzalayıblar. Elmar Qasımov SOCAR-ın Kompleks Qazma İşləri Tresti ilə BANM arasında yaranmış əməkdaşlıqdan məmnunluğunu ifadə edərək bildirib ki, bu əməkdaşlıqdan hər iki müəssisə yararlanacaq. Rektor Trestin BANM və onun tələbələrinə olan diqqətini yüksək qiymətləndirərək KQİT-nin müdiri İskəndər Şirəli və onun rəhbərlik etdiyi nümayəndə heyətinə təşəkkür edib. Həyatının böyük hissəsini qazma işlərinə sərf edən Trestin müdiri tələbələrə həyat təcrübəsindən danışıb. Daha sonra o, Trestin strukturu, orada fəaliyyət göstərən şöbələrin iş prinsipi, gələcək planları, qazılmaqda olan və qazılması planlaşdırılan yataqlar və buradakı dünya standartlarına cavab verən maddi-texniki baza və avadanlıqlar haqqında məlumat verib. Hazırda Trestin geoloq, qazmaçı, mexanik kimi mütəxəssislərə böyük ehtiyacı olduğunu bildirən rəhbər həmin vakant yerlərdə BANM-ın bu il məzun olacaq tələbələrini görmək istədiyini bildirib. Ali Məktəbin tələbələrinin neft-qaz sektoru üzrə ölkəmizdə ən savadlı kadr olaraq yetişdirildiklərini vurğulayan İskəndər Şirəli KQİT tərəfindən onlara lazımı dəstək və şərait yaradılacağını da deyib.
Daha sonra tərəflər arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb. Razılaşmanın şərtlərinə əsasən, BANM KQİT-ni müxtəlif vəsaitlərlə (ingilis dilli ədəbiyyat, audio və video materiallar, kitabxanaya giriş, BANM-ın müəllimləri tərəfindən təlimlər və sair.) təmin edəcək. Razılaşmada həmçinin KQİT-nin bəzi mütəxəssislərinin müəllim kimi tədris proqramına cəlb edilməsi, eyni zamanda BANM-ın tələbələrinin KQİT-nin iş sahələrində istehsalat təcrübəsi keçmələri və onlar üçün iş imkanlarının yaradılması, BANM-ın tələbələri üçün yay təcrübə proqramlarının təşkil olunması məsələləri yer alıb.
Elmar Qasımov KQİT-nin müdiri İskəndər Şirəlini BANM-ın Fəxri Qonağı Diplomu ilə təltif edib. Görüşdən sonra KQİT-nin məsul əməkdaşları Trestdə istehsalat təcrübə proqramına qoşulmaq istəyən 4-cü kurs tələbələri və həmçinin burada çalışmaq istəyən 5-ci kurs tələbələrinin qeydiyyatını apararaq növbəti mərhələ üçün  hazırlıq işlərini görüblər.
Qeyd edək ki, Kompleks Qazma İşləri Tresti ölkənin quru və dəniz əraziləri üzrə SOCAR-a məxsus 25-ə yaxın yataqda beynəlxalq standartların tələblərinə uyğun olaraq yeni texniki vasitələr və texnologiyadan istifadə etməklə, ətraf mühitə ziyan vurmadan, işçilərin sağlamlığını qoruyan tam təhlükəsiz əmək şəraitində, yüksək səviyyədə istehsalat və inzibati nizam-intizam qaydalarına riayət edilməklə axtarış-kəşfiyyat və istismar qazma işlərini aparır. 

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib
20.09.2018
Prezidentin köməkçisi: “Ərazilərin minalardan təmizlənməsi humanist missiyadır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info