Qaxda qaliblər mükafatlandırılıb
Tarix: 08.05.2018 | Saat: 17:03:00 | E-mail | Çapa göndər


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Qax şəhərində keçirilən mini futbol turniri rayon Gənclər və İdman İdarəsinin komandasının qələbəsi ilə başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, idarənin və YAP rayon təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı aprelin 20-də Qax Olimpiya İdman Kompleksində startı verilən turnirdə rayonda fəaliyyət göstərən müəssisə və təşkilatları təmsil edən 8 komanda mübarizə aparıb.
Su-kanal idarəsinin və rayon təhsil şöbəsinin komandaları yarışı müvafiq olaraq ikinci və üçüncü pillədə başa vurublar.
Turnirin bağlanış mərasimində rayon gənclər və idman idarəsinin rəisi Əlövsət Bayramov çıxış edərək, ümummilli lider Heydər Əliyevin idmanın inkişafına hər zaman böyük önəm verdiyini vurğulayıb, hazırda ölkəmizdə bu sahənin inkişafına göstərilən yüksək dövlət qayğısından bəhs edib. Bildirilib ki, ənənəvi olaraq hər il keçirilən bu turnir gənclərin asudə vaxtını səmərəli təşkil etmək, onların fiziki sağlamlıqlarını inkişaf etdirmək, idmana olan marağını daha da artırmaq məqsədi daşıyır.
Sonda turnirin qaliblərinə kubok, medal, diplom və hədiyyələr təqdim olunub.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info