“Heydər Əliyev və Azərbaycan kinosu” adlı elmi-nəzəri konfrans keçirilib
Tarix: 08.05.2018 | Saat: 17:34:00 | E-mail | Çapa göndər


Mən ulu öndər Heydər Əliyevin qayğısını hələ 17 yaşım olarkən, 1980-ci ildə hiss etmişəm. Onun dəstəyi ilə kinematoqrafiya sahəsində təhsil almışam. Buna görə də, bu böyük şəxsiyyətə ömrümün axırınadək borcluyam. Bir sözlə, mənə həyata vəsiqəni məhz ümummilli lider Heydər Əliyev verib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Nizami Kino Mərkəzində ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan kinosu” adlı elmi-nəzəri konfransda Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar İncəsənət Xadimi Cəmil Quliyev deyib.
Natiq söyləyib ki, Azərbaycan kinematoqrafçılarının yaradıcılığının reallaşmasında, layihələrinin işıq üzü görməsində, ümumən milli kinomuzun inkişafında kino işçiləri ordusunun ən etibarlı zamini, kinomuzun təəssübkeşi və hamisi, ümummilli liderimiz Heydər Əliyev olub. O, istər Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsinin sədri, istərsə də Azərbaycan KP MK-nın birinci katibi vəzifələrində işləyərkən mədəniyyətimizə böyük qayğı göstərib. Onun qayğısı ilə “Azərbaycanfilm”in texniki bazasını möhkəmləndirmək məqsədilə yetərli məbləğdə maliyyə vəsaiti ayrılırdı, kinostudiya üçün yeni avadanlıqlar alınırdı.
“Ulu Öndər hər zaman kinomuzun gəncləşməsi, yeniləşməsi məsələsinə böyük diqqət ayırırdı. O, hətta Sovet kinematoqrafiya sənətinə yeni innovasiyaların gətərilməsinin tərəfdarı idi. O deyirdi ki, bu gün müasir texnologiyalar artıq sovet kinosunda köhnəlib. O hər zaman çıxışlarında kino çəkilişi sahəsində nöqsanları göstərməklə yanaşı, yeni imkanlardan, tətbiq ediləcək yeniliklərdən danışırdı. Ulu Öndər ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra da müasir, müstəqil Azərbaycanın mövcud sahədəki boşluqlarının aradan qaldırılmasında bütün qüvvəsini səfərbər elədi və çox şeylərə nail olduq, milli kinomuz dirçəlməyə başladı. O, Azərbaycan kinosuna elmi-texniki nailiyyətlərin gətirilməsi tövsiyə edirdi. Azərbaycan kinosunun inkişafı da ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır”, - deyə C.Quliyev vurğulayıb.
Kinoşünas, Əməkdar İncəsənət Xadimi Aydın Kazımzadə Ulu Öndərin həyat və fəaliyyətindən, dövlətçilik tarixindəki rolundan danışıb. Mədəniyyətimizin dirçəldilməsi, kino sənətinin inkişafında dahi şəxsiyyət Heydər Əliyevin xidmətlərindən bəhs edən A. Kazımzadə deyib ki, Ulu Öndər çalışırdı ki, ölkə həyatının bütün sahələri inkişaf etsin: “Azərbaycanfilm”də müxtəlif vaxtlarda çəkilmiş bəzi filmlərin sovet ideologiyasının tələblərinə tam cavab vermədiyi üçün ekrana buraxılmamaq təhlükəsi yaranarkən kino işçilərinin köməyinə yenə də ümummilli lider Heydər Əliyev gəlir və hər dəfə də bu problemi müsbət həll edirdi. “Bir cənub şəhərində” və “İstintaq” bədii filmlərini buna misal göstərə bilərik. “Şəhərin yay günləri” pyesinin ekranlaşdırılması, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseyinzadənin şəxsiyyətinin araşdırılıb üzə çıxarılması, onun haqqında “Uzaq sahillərdə” filminin çəkilməsi ideyası da Ulu Öndərə məxsusdur. O, hətta “Babək” filminin istehsalı ilə bağlı Moskvanın verdiyi vəsaitdən əlavə filmə respublika büdcəsindən iki dəfə çox vəsait ayırdı. Kinematoqrafçılarımız da ulu öndərimiz barədə bir sıra maraqlı filmlər çəkmiş və bu müqəddəs iş bu gün də uğurla davam etdirilir. Bu gün hamıya məlumdur ki, 2 avqust- Azərbaycan Kinosu günüdür. Bu bayramı da xalqımıza Ümummilli Liderimiz bəxş edib”.
Sonra qonaqlar ssenari müəllifi Nazim Hikmət olan, Əməkdar İncəsənət Xadimi Vasif Allahverdiyevin simfonik poeması əsasında ekranlaşdırılan “Heydər Əliyev və Azərbaycan kinosu” adlı filmə baxıblar.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib
20.09.2018
Prezidentin köməkçisi: “Ərazilərin minalardan təmizlənməsi humanist missiyadır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info