Türkiyədə diplomatik pasportlu nümayişçilər
Tarix: 06.06.2013 | Saat: 23:44:00 | E-mail | Çapa göndər


Türkiyənin “Sabah” qəzetinin verdiyi məlumata görə Taksimdəki etirazlarda ortalığı döyüş meydanına çevirən dağıdıcı qrupları yönləndirənlər arasında diplomatik pasportlu şəxslər aşkar edilib. ABŞ, İngiltərə, Fransa, Yunanıstan və İranın diplomatik pasportuna sahib olan 5 nəfər polis tərəfindən saxlanılıb. Bu şəxslər İstanbulda Dolmabağça Sarayı önündəki etiraz mitinqini təşkil edən qrupları yönləndirib və polis tərəfindən yoxlanış aparılan zaman üstlərindən diplomatik pasport çıxıb. M. Majit, K.Lorraine, D.Bastian, R.Seline və L.Corcias adlı xarici nümayişçilər saxlanıldıqdan sonra Təhlükəsizlik Şöbəsi Müdirliyinə aparılıb.
Eyni zamanda Təhlükəsizlik Şöbə Müdirliyinin əməkdaşları Taksim Gümüşsuyunda küçədə qurulan barikadalarda son anda 8 ədəd qaz balonunun gizlədildiyini aşkar ediblər. Diplomatik pasporta malik 5 nəfərin qaz balonlarını yerləşdirənlərlə birgə hərəkət etdiyi bildirilir. Məqsəd isə xaos mühiti formalaşmasına nail olmaqdır. Digər bir diqqət çəkən məqam isə odur ki, ağacların kəsilməsinə etiraz edən insanlar geri çəkildiyi halda, bu dağıdıcı qruplar şiddətlə etirazlarını davam etdirirlər.
İzmirdə isə Taksimdəki etirazları daha da şiddətləndirmək üçün səs bombası hazırlayan 3 nəfər cinayət başında həbs olunub. İzmir Terrorla Mübarizə Şöbəsinin əməkdaşlarının Bornova mahalında orta məktəblərin birinin həyətində keçirdiyi bu əməliyyatda 8 ədəd səs bombasını ələ keçirib. Eyni zamanda səs bombasının düzəldilməsində istifadə edilən məmulatlar aşkar edilərək götürülüb. Tutulan şəxslər polisə verdikləri ifadədə səs bombalarını Gündoğdu meydanındakı nümayişlərdə istifadə etmək üçün hazırladıqlarını bildiriblər.
Söhrab İSMAYIL




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb
24.09.2018
Şoyqu açıqladı: Rusiya Suriyaya S-300 kompleksləri göndərir
24.09.2018
Stokholmda Azərbaycan tədris kursları açılıb
24.09.2018
İranda törədilən terror aktı ilə əlaqədar matəm elan edilib
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info