Monteneqroda “Heydər Əliyev kuboku” uğrunda şahmat turniri keçirilib
Tarix: 08.05.2018 | Saat: 18:34:00 | E-mail | Çapa göndər


Azərbaycan - Monteneqro Mədəni və İqtisadi Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə ikigünlük "Heydər Əliyev kuboku" şahmat turniri keçirilib.
Turniri Mərkəzin direktoru Seyran Mirzəzadə açaraq, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətləri haqqında iştirakçılara məlumat verib. H.Əliyevin 90-cı illərdə Azərbaycanın dövlət müstəqilliyini itirmək ərəfəsində olarkən ölkəyə sahib çıxdığını, xalqımızı böyük təhlükədən xilas etdiyini diqqətə çatdırıb, Azərbaycan xalqının bu dahi şəxsiyyətin xidmətlərini heç vaxt unutmayacağını bildirib.
Heydər Əliyevin Azərbaycanda şahmatın inkişafına da xüsusi önəm verdiyini nəzərə alaraq, anadan olmasının 95-ci ildönümü münasibətilə məhz şahmat turnirinin keçirilməsinin qərara alındığını söyləyib. Məhz dövlətin xüsusi diqqəti və dəstəyi sayəsində şahmat dünyasında Azərbaycanın özünəməxsus yeri olduğunu bildirib və 2017-ci ildə ölkəmizin şahmat üzrə Avropa çempionu olduğunu xatırladıb. 8 il ərzində Azərbaycanın üç dəfə bu titulu qazanmasının tarixi qələbə olduğunu qeyd edib.
Monteneqro Şahmat Birliyinin prezidenti Radoyicsa Qrba çıxışında, Heydər Əliyevin Azərbaycan xalqının rifahı üçün göstərdiyi xidmətlərdən təsirləndiyini, xalqların böyüklüyünün öz tarixi şəxsiyyətlərinə verdiyi dəyərlə ölçüldüyünü və bu mənada Azərbaycanlıların böyük xalq olduğunu bildirib. Belə bir turnirin təşkilatçısı olmaqdan şərəf duyduqlarını ifadə edib. Azərbaycan xalqının istedadı və dövlət dəstəyi nəticəsində Azərbaycanın şahmat dünyasında fövqəl güclərdən biri olduğunu deyib.
Turnirdə, Monteneqronun ilk qrossmeysteri, dəfələrlə şahmat üzrə ölkə çempionu, keçmiş Yuqoslaviyanın 5 qat çempionu, bir sıra beynəlxalq turnirlərin qalibi, Monteneqronun sabiq idman naziri Bojidar İvanoviç, o cümlədən, Nikola Dukiç, Neboyşa Nikçeviç, Blajo Kaleziç, Boro Milyaniç, Predrag Nikaç, Vladimir Paykoviç, Andrey Sukoviç kimi tanınmış şahmat ustaları, Monteneqronun yığma və olimpiya komandasının üzvləri, qrossmeysterləri, beynəlxalq ustaları və FİDE ustaları iştirak ediblər.
S.Mirzəzadə şahmat turnirinin təşkilinə göstərdiyi dəstəyə görə, Azərbaycan Respublikasının Monteneqrodakı Diplomatik Nümayəndəliyinə, Monteneqronun Şahmat birliyinə və “Azmont Investments” şirkətinə təşəkkürünü bildirib.
Turnirdə “Heydər Əliyev kubokunu” Blajo Kaleziç qazanmışdır. Azərbaycan Respublikasının Monteneqrodakı Diplomatik Nümayəndəliyinin müşaviri Anar Əcəmov və Azərbaycan - Monteneqro mədəni və iqtisadi mərkəzinin direktoru Seyran Mirzəzadə qalib və iştirakçılara təltifləri təqdim ediblər. Təltiflərlə yanaşı AR MM-in deputatı, yazıçı-dramaturq Hüseynbala Mirələmov və yazıçı-jurnalist Viktor Andriyanovun müəllifləri olduğu “Görkəmli insanların həyatı” silsiləsindən monteneqro dilinə tərcümə edilmiş “Heydər Əliyev” kitabı da təqdim olunub.
Turnir böyük marağa səbəb olub və yerli KİV-də geniş işıqlandırılıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
İngiltərə kuboku: “Mançester Yunayted” “Çelsi”ni mübarizədən kənarlaşdırıb
19.02.2019
Türkiyə Superliqası: “Başakşəhər” liderliyini möhkəmləndirib
17.02.2019
“Real Madrid” doğma meydanda “Girona”ya məğlub olub
17.02.2019
Rafael Ağayev Dubay Premyer Liqa turnirində bürünc medal qazanıb
16.02.2019
Azərbaycanlı atlet Balkan oyunlarında ikinci olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info