Əlilliyi olanlar 8669 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin edilib
Tarix: 08.05.2018 | Saat: 19:30:00 | E-mail | Çapa göndər


Cari ilin yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən əlilliyi olan şəxslərin 8669 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təminatı həyata keçirilib.
Belə ki, bu dövrdə ehtiyaclarına uyğun olaraq onlar 358 ədəd aşağı və yuxarı ətraf, həmçinin döş protezi, 441 ədəd yuxarı və aşağı ətraf ortezi, 2382 ədəd müxtəlif reabilitasiya vasitəsi, 138 ədəd bel və boyun nahiyəsi üçün korset, 229 cüt protez ayaqqabı, 1242 cüt ortopedik ayaqqabı ilə təmin olunublar. Bu təbəqədən olan insanlara 362 ədəd dördayaqlı dayaq vasitəsi, 486 cüt dirsəkaltı ağac, 866 ədəd əsa və s. də verilib.
Yanvar-aprel aylarında tibbi göstərişi olan əlillər isə 353 ədəd əlil arabası ilə təmin olunublar.
Əlilliyi olan şəxslərin müraciətləri əsasında onlara məxsus 207 ədəd reabilitasiya vasitəsi və protez-ortopedik məmulat isə təmir edilərək yenidən onlara təqdim edilib.
Qeyd olunan dövrdə həmin müəssisələr tərəfindən ümumilikdə 3258 nəfər əlilliyi olan şəxsə (o cümlədən 450 nəfər Qarabağ müharibəsi əlilinə) xidmət göstərilib. Həmin insanlardan 204 nəfəri stasionar şəraitdə reabilitasiya xidmətləri ilə təmin olunublar.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info