Miqrantların hüquq və azadlıqlarının qorunması istiqamətində tədbirlər görülür
Tarix: 08.05.2018 | Saat: 20:41:00 | E-mail | Çapa göndər


Muxtar respublikanın sürətli sosial-iqtisadi inkişafına paralel olaraq, miqrantların hüquq və azadlıqlarının qorunması istiqamətində görülən işlər nəticəsində qədim diyara miqrant axını ilbəil artır.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikir Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti və Naxçıvan Dövlət Universitetinin (NDU) birgə təşkilatçılığı ilə Naxçıvan Biznes Mərkəzində keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş tədbirdə səsləndirilib.
Əcnəbi tələbələrin iştirakı ilə keçirilən tədbiri universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq Ulu Öndərin təhsilin inkişafı sahəsində gördüyü işlərdən, qazanılan uğurlardan, muxtar respublikada son illərdə bu sahə ilə bağlı əldə edilən nailiyyətlərdən danışıb. Bildirib ki, Ümummilli Liderin bu gün də uğurla davam etdirilən təhsil siyasəti məktəblərdə təlim şəraitinin yaxşılaşmasına, tədrisin keyfiyyətinin yüksəlməsinə və müəllimlərin pedaqoji ustalığının artmasına səbəb olub.
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev çıxışında deyib ki, multikultural dəyərlərin hakim olduğu Naxçıvanda yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri ilə bağlı qanunvericiliyin öyrədilməsi məsələsi xidmətin diqqət mərkəzində saxlanılır və bu istiqamətdə həyata keçirilən tədbirlər olduqca əhəmiyyətlidir.
Tədbirdə xidmətin əməkdaşları Qiyas Paşayev və Zakir Məmmədov çıxış edərək iştirakçılara əcnəbi tələbələrin müvəqqəti olma və yaşama prosedurları, onların qanunvericiliklə müəyyən edilmiş hüquq və vəzifələri haqqında ətraflı məlumat veriblər.
NDU-nun tələbəsi Odıgıe Samson Joe əcnəbi tələbələr adından onlar üçün yaradılan şəraitə və göstərilən diqqətə görə minnətdarlıq edib.
Sonra əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı ilə bağlı videoçarx nümayiş etdirilib, əcnəbi tələbələrə müvəqqəti yaşamaq üçün icazə vəsiqələri və bukletlər verilib, müvafiq müraciətlər qəbul edilib, mərkəzdəki yerli məhsullara baxış olub.
Daha sonra əcnəbi tələbələrin Ağbulaq İstirahət Mərkəzinə gəzintiləri təşkil edilib, mərkəzdə onların iştirakı ilə “Ulu öndər Heydər Əliyev və Naxçıvan” mövzusunda viktorina və idman oyunları keçirilib. Sonda qaliblər mükafatlandırılıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info