Əmək müqaviləsi ilə bağlı seminar keçirilib
Tarix: 08.05.2018 | Saat: 21:15:00 | E-mail | Çapa göndər


Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan və əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə olmaqla, işçinin əmək və sosial hüquqlarının təminatında əsas hüquqi sənəd rolunu oynayır. Həmin müqavilə olmadan mövcud olan əmək münasibətləri qeyri-rəsmi xarakter daşıyır və işçinin hüquqlarının ciddi şəkildə pozulmasına səbəb olur.
Bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin “Əmək müqavilələrinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları” mövzusunda Bərdə rayonunda təşkil etdiyi seminarda vurğulanıb. Rayondakı ayrı-ayrı iri işəgötürənlərin nümayəndələrinin iştirakı ilə təşkil olunan seminarda Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Anar Quliyev, Xidmətin 17 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Akif Baxşəliyev, Müfəttişliyin baş əmək müfəttişi Mahir Balakişiyev və başqaları çıxış edərək mövzu ilə bağlı ətraflı məlumatlar veriblər.
Qeyd olunub ki, əmək müqaviləsi sərbəst bağlanır və əmək münasibətləri yaratmayan, yaxud yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edə bilməz. Bağlanan hər hansı əmək müqaviləsi və ya bu müqavilədə edilmiş dəyişiklik, yaxud əmək müqaviləsinə xitam verilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində qeydiyyatdan keçməlidir. Əks halda bu müqavilə hüquqi qüvvəyə minmir.
Seminarda əmək müqaviləsinin tərəfləri və məzmunu, forması, müddəti, həmin müqavilənin bağlanması və ona dəyişikliklərin edilməsi qaydası, müddətli əmək müqaviləsi bağlanan hallar və s. barədə əmək qanunvericiliyindən irəli gələn tələblər iştirakçıların diqqətinə çatdırılıb. Əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları barədə də ətraflı məlumat verilib. O da bildirilib ki, işçi əmək müqaviləsini ləğv etmək istəyərsə, bu barədə bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməlidir. Həmin müddət keçənə qədərki dövrdə işçi ərizəsini geri götürə və ya həmin ərizənin etibarsız hesab edilməsi barədə yeni ərizə verə bilər. Lakin bu o halda mümkündür ki, işəgötürən həmin vəzifəyə (peşəyə) artıq yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməsin.
Tədbirdə iştirakçılara müvafiq mövzu barədə maarifləndirici çap materialları da paylanıb, onların əmək münasibətlərinin hüquqi tənzimlənməsi ilə bağlı konkret məsələlərə dair sualları ilə bağlı izahatlar verilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info