Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzində Heydər Əliyevin büstünün açılışı olub
Tarix: 08.05.2018 | Saat: 22:02:00 | E-mail | Çapa göndər


Erkin Nuriddinov: “Heydər Əliyev həm Sovetlər dövründə, həm də Azərbaycanın müstəqilliyi dönəmində Özbəkistanla münasibətlərə xüsusi önəm verib”
Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzində ulu öndərin adını daşıyan muzeydə Heydər Əliyevin büstünün açılışı olub. Qeyd edək ki, büst Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə Özbəkistanın xalq rəssamı, tanınmış incəsənət xadimi Marina Borodinova tərəfindən hazırlanmış və Mədəniyyət Mərkəzindəki Heydər Əliyev muzeyində daimi olaraq nümayiş etdiriləcək.
Tədbirdə çıxış edən Samir Abbasov ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən danışaraq ulu öndərin fikirlərindən sitat gətirib: “Biz müstəqil Azərbaycan kimi əzəmətli bir abidənin təməlini qoyuruq, onu qururuq və yaradırıq”. Natiq bildirib ki, Heydər Əliyevin adını daşıyan Muzeydə onun büstünün qoyulması, gələcəkdə muzeyin eksponatlarla zənginləşdirilməsi, ulu öndərin irsinin təbliğinə töhfə olacaq. Samir Abbasov qeyd edib ki, bu gün ulu öndərin əsəri olan Azərbaycanın azad və müstəqil dövlətdir və o, Heydər Əliyevin Azərbaycan-Özbəkistan dostluğunun möhkəmlənməsində rolundan danışaraq, ulu öndərin xatirəsinin daim xalqımız üçün əziz olacağını söyləyib.
Natiqin çıxışından büstün açılışı olub. Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin direktoru, professor Erkin Nuriddinov qeyd edib ki, Heydər Əliyev həm Sovetlər dövründə, həm də Azərbaycanın müstəqillik əldə etdikdən sonrakı dönəmində həmişə Özbəkistanla münasibətlərə xüsusi önəm verib, onun Özbəkistana səfərləri, Uluqbek adına Özbəkistan Milli Universitetinin fəxri doktoru mükafatına layiq görülməsi, Özbəkistanın birinci prezidenti İslam Kərimovla dostluq əlaqələrindən söhbət açaraq, ulu öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti, siyasəti nəticəsində Azərbaycanın regionun lider dövlətinə çevrildiyini bildirib.
Digər çıxışçılar, Ə.Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin professoru İsrayil Muxammadiyev, tərcüməçi Şəhla Qasımova azərbaycanlı alim Almaz Məcidova və başqaları öz çıxışlarında müstəqilliyin qorunub saxlanmasının onun əldə olunmasından qat-qat çətin olduğunu qeyd ediblər. Natiqlər ölkədə müstəqil dövlət təsisatlarının yaradılması, ictimai həyatın bütün sahələrini əhatə edən sistemli islahatların aparılması, Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi kimi çətin və şərəfli işin öhdəsindən uğurla gələn Heydər Əliyevin Azərbaycan xalqının qəlbində əbədi iz qoyduğunu söyləyiblər.
Qeyd edək ki, tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən ulu öndər Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş kitab və foto sərgi iştirakçılara təqdim edilib. Sərgidə ulu öndərin həyat fəaliyyətinə dair kitablar, habelə fotoşəkillər nümayiş etdirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info