Paşinyan Ermənistanın baş naziri seçildi
Tarix: 08.05.2018 | Saat: 23:27:00 | E-mail | Çapa göndər


Rusiya mediasında Ermənistanın ünvanına söylənilənlərə reaksiya, erməni KİV-lərində bu gün də səngiməyib. Vaxtilə Rusiya mətbuatının Ermənistanı “gəzəyən qadına” bənzətməsini xatırladan bir çox erməni yazarları qarşı tərəfin təşkil etdiyi bu cür hücumların ilk dəfə olmadığını xatırlatmağı da unutmurlar.
Erməni siyasi icmalçı Arman Abovyan «1in.am» saytının ona ünvanladığı «Ermənistandakı «inqilab» dövründə Rusiyanın informasiya siyasətinin başlıca məqsədi və gələcəkdə bununla bağlı hansı dəyişikliklər gözlənilir” –sualını cavablandırarkən deyib: "Əvvəla, ondan başlayım ki, Rusiyanın Ermənistanda həyata keçirdiyi informasiya siyasəti çox uğursuz alındı. Bugünkü hadisələrə gəldikdə deməliyəm ki, Ermənistanın daxili informasiya bazarında Rusiyanın informasiya siyasəti dayandırılıb. Rusiya Ermənistanda yaşananlara müdaxilə etməyəcəyini, bunların Ermənistanın daxili işi olduğunu bildirsə də, Rusiya tərəfdən açıq-aşkar isterik hücumları gördük. Əlbəttə ki, Leontyev və onun həmkarı Yuryevi də bura qatmaq olar. Beləliklə demək olar ki, son günlərdə Rusiyada Ermənistanla bağlı baş verən hadisələr bu ölkənin İrəvana qarşı vahid informasiya siyasətinin olmadığını göstərir”. “Necə düşünürsünüz, Rusiya vəziyyəti dəyişmək, gələcək hökumətlə əlaqə qurmaq üçün siyasətini dəyişəcəkmi”-sualını cavablandıran Abovyan deyib: «Mən rəsmi Rusiya strukturlarının ehtiyatlı olacağından əminəm. Biz onların Ukrayna, Gürcüstan və ya Moldova haqqında dediklərini eynilə Ermənistana aid edəcəklərini eşitməyəcəyik. Lakin onların bu istiqamətdə paralelliklər aparmağa çalışacaqlarını da istisna etmirəm. Bu gün Ermənistanda Respublika Partiyası artıq bitib. Daha onların ştatlı təbliğatçılarının mühazirələrinə də ehtiyac qalmayıb”. Maraqlıdır ki, «1in.am» saytına danışan Ermənistan Mühafizəkar Partiyasının sədri Mikael Ayrapetyan Ermənistanda baş verən yaşantılarda Rusiyanın «müdaxiləsi»nə eyham vuraraq, ilk olaraq Nikol Paşinyan hökuməti tərəfindən bunun nəzərdən keçirilməsini təklif edib. Bu arada son məlumata görə, Nikol Paşinyan ölkənin yeni baş naziri seçilib. Belə ki, Ermənistan parlamentinin xüsusi iclasında keçirilən səsvermə zamanı 59 deputat "Yelk” fraksiyasının üzvü N. Paşinyanın lehinə, 42-si isə əleyhinə səs verib. Maraqlıdır görəsən, yeni baş nazir Rusiya ilə münasibətdə əvvəlki fikrində qalacaqmı? Təbii ki, bu inandırıcı görünmür. Qeyd edilməlidir ki, bu günlərdə «Exo Moskvı» radiosuna açıqlama verən Ermənistan prezidenti Armen Sarkisyan, nə olursa olsun, bütün məsələlərin yenə də Rusiyaya gətirib çıxardığını etiraf etmək zorunda qalıb: «Rusiya Ermənistanın strateji və hərbi-siyasi tərəfdaşıdır. Erməni ordusu rus ordusuna çox yaxındır. Biz hərbi və texniki dəstəyi nə NATO-dan, nə də Çindən deyil, ancaq Rusiyadan alırıq. Bu gün Ermənistanda Rusiyanın hərbi bazası var. Mən əminliklə söyləyə bilərəm ki, bu baza Rusiyadan daha çox bizə lazımdır. Ona görə də mən həmişə Ermənistanla Rusiya arasındakı əlaqələrin güclü olmasını təmin etmək üçün mübarizə aparacağam”.

Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər
12.11.2018
Viqen Sarkisyan: “Ermənistanın KTMT rəhbərliyindən uzaqlaşdırılması yeni hökumətin uğursuzluğudur”
12.11.2018
Avropa Şurasında yerli idarəetmələr müzakirə olunub
12.11.2018
Yağışlar İranın Əhvaz şəhərində fəsadlar törədib
09.11.2018
“ArmenianReport”: “Rus dili bizə lazım deyil”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info