“Rusiya-Aİ sammiti uğursuzluqla başa çatdı”
Tarix: 06.06.2013 | Saat: 23:49:00 | E-mail | Çapa göndər


“Moskva iqtisadi maraqlarından vaz keçməyərək
Avropa İttifaqının təkrarlamaqdan bezmədiyi insan
hüquqları ilə bağlı iradlarını dinləmək istəmir”


Yekaterinburqda keçirilən Avropa İttifaqı-Rusiya sammiti öz işini başa çatdırıb. Avropa məkanının iki nəhəng güc mərkəzi danışıqlar masasını sadəcə danışıqları davam etdirmək və aradakı problemləri həll etməyə çalışmaq ümidi ilə tərk edib. ABŞ-ın «Diario Las Americas» nəşri yazır ki, Brüssel və Moskva ikitərəfli münasibətlərin bütün tarixi ərzində ən pis zamanlarını yaşayırlar.

Sammitdə Brüsseli Avropa Komissiyasının sədri Joze Manuel Barrozu, xarici siyasət üzrə komissar Ketrin Eşton, enerji məsələləri üzrə komissar Günter Ottinger və Herman vann Rompuy təmsil edib. Masanın qarşı tərəfində Rusiya dövlət başçısı Vladimir Putin, xarici işlər naziri Sergey Lavrov, enerji naziri Aleksandr Novak və ədliyə naziri Aleksandr Konovalov əyləşib. Herman van Rompuy görüşdən sonra müzakirə olunan məsələləri belə şərh edib: «Biz rusiyalı tərəfdaşlarımızla bu ölkədəki vətəndaş cəmiyyəti, insan hüquqlarının qorunması, ifadə azadlığı kimi məsələləri müzakirə etdik. Bu məsələlərə dair qiymətləndirmələrimiz üst-üstə düşməsə də, biz dialoqu davam etdiririk». «Diario Las Americas» nəşri daha sonra yazır: «Hazırda rusiyalı və xarici ekspertlərin əksəriyyəti bu fikirdədirlər ki, Rusiya-Avropa İttifaqı münasibətləri bütün tarix ərzində ən pis dövrünü yaşayır. Rusiya ilə Avropa İttifaqı arasında aparılan danışıqlar iki kar insanın danışığına bənzəyir. Məsələ ondadır ki, onlar danışsalar da, bir-birini eşitmir, qarşılıqlı şəkildə güzəştə getmirlər. Avropa İttifaqı daxilində ciddi fikir ayrılığı var və Brüssel bu ziddiyətlərə görə bərk narahatdır. Rusiya ilə danışıqlar bu fonda baş verir. Moskva iqtisadi maraqlarından vaz keçmək istəməyərək Avropa İttifaqının təkrarlamaqdan bezmədiyi insan hüquqları ilə bağlı iradlarını dinləmək istəmir. Görüşdə Rusiya vətəndaşları üçün Avropa İttifaqı ölkələrinə vizaların sadələşdirilməsi ilə bağlı məsələ də ümzakirə edilib. Avropa İttifaqı görüşdə Rusiya tərəfindən biometrik xidməti pasportların sayını azaltmağı tələb edib. Yekaterinburqda münasibətlərin əsasını təşkil edən iqtisadi məsələlərlə bağlı da razılıq əldə edilməyib. Rusiya ilə Avropa İttifaqı arasında ticarət dövriyyəsi 2012-ci ildə 410 milyard dollar əşkil edib. Ziddiyyətlər enerji məsələlərinin müzakirəsində də özünü göstərib. Bu ilin mart ayında 2050-ci ilə qədər enerji sahəsində əməkdaşlıqla bağlı «yol xəritəsi» qəbul edilib. Görüşdən sonra keçirilən mətbuat konfransında Vladimir Putin bildirib ki, Rusiya ilə Avropa İttifaqı arasında ticarət sahəsində qarşılıqlı iradlar var. Amma Putin ümid etdiyini bildirib ki, razılıq əldə edilməyən sahələrdə kompromis tapmaq mümkün olacaq».
Anar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryanın “yeni kəşfi”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info