Medvedev Rusiyanın baş naziri vəzifəsinə təsdiqlənib
Tarix: 08.05.2018 | Saat: 23:58:00 | E-mail | Çapa göndər


Rusiya Dövlət Dumasının plenar iclasında hökumət başçısı vəzifəsinə Dmitri Medvedevin təyin olunması məsələsinə baxılıb. Plenar iclasda çıxış edən prezident Vladimir Putin deyib ki, Dmitri Medvedevin xüsusi təqdimata ehtiyacı yoxdur. O, baş nazir vəzifəsinə namizədliyini irəli sürdüyü Dmitri Medvedevin xüsusi təqdimata ehtiyacı olmadığını söyləyib: "Dmitri Anatoliyeviç son 6 ildə Rusiya hökumətinə rəhbərlik edib. Bildiyiniz kimi, bu dövr çox ağır, çətin dövr olub. Lakin Medvedevin rəhbərlik etdiyi Nazirlər Kabineti Rusiyanın inkişaf perspektivlərini qoruyub saxlamağa nail olub". Putin deputatlardan Medvedevin baş nazir vəzifəsinə namizədliyinə dəstək vermələrini xahiş edib. Rusiya Kommunist Partiyası və "Ədalətli Rusiya" Partiyası Dmitri Medvedevin baş nazir vəzifəsinə namizədliyini dəstəkləməyiblər. Putin tərəfindən baş nazir vəzifəsinə namizədliyi irəli sürülən Dmitri Medvedev Dövlət Dumasında fraksiya rəhbərləri ilə görüş keçirib. Görüşdən sonra Kommunist Partiyasının lideri Gennadi Zyuqanov fraksiyasının Medvedevin namizədliyini dəstəkləməyəcəyini bildirib: "Bu kursa, bu komandaya, bu baş nazirə bizim fraksiya səs verməyəcək". "Ədalətli Rusiya"nın lideri Sergey Mironov da Dmitri Medvedevin namizədliyinin əleyhinə olduğunu söyləyib: "Bəli, biz prezident Vladimir Putini dəstəkləyirik. Lakin onun baş nazir vəzifəsinə namizədini dəstəkləməyəcəyik. Bu gün keçiriləcək səsvermədə bizim fraksiya prezidentin irəli sürdüyü namizədin əleyhinə səs verəcək". Dövlət Dumasının plenar iclasında Medvedevin namizədliyi səsə qoyulub. Medvedevin lehinə 374 nəfər deputat səs verib, 56 nəfər isə əleyhinə olub. Beləliklə, baş nazir vəzifəsinə D. Medvedevin namizədliyi təsdiqlənib.




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Çeçenistanda Avropanın ən böyük məscidi açıldı
23.08.2019
Paşinyan Qərb üçün uğursuz layihəyə çevrilir
23.08.2019
Ermənistanı hərbi xərclərini artırmağa məcbur edən səbəb
22.08.2019
Levon Şirinyan: “Moskva İrəvanı saymır”
21.08.2019
“Ermənistandakı vəziyyət yaxşılığa doğru dəyişməyəcək“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info