Türkiyədən ABŞ-a C-400 mesajı: “Komplekslər Ankaraya təqdim ediləcək”
Tarix: 09.05.2018 | Saat: 00:24:00 | E-mail | Çapa göndər


İsmayıl Dəmir:
“Türkiyə və Rusiya liderləri bu barədə dəqiq qərar qəbul ediblər. Bu, uşaq oyuncağı deyil ki, bu gün bir söz, sabah başqa söz deyəsən”

Türkiyənin Müdafiə Sənayesi Mərkəzi katibliyinin rəhbəri İsmayıl Dəmir dünən bəyan edib ki, ABŞ-ın sanksiya təhdidlərinə baxmayaraq, Moskva C-400 komplekslərini müəyyən edilmiş vaxtda Ankaraya təqdim edəcək. Xatırladaq ki, ABŞ Türkiyənin Rusiyadan raketdən müdafiə sistemləri almasını istəmir.
Artıq bununla bağlı ardıcıl bəyanatlar səsləndirilir. Son bəyanat Türkiyəyə satılması nəzərdə tutulan “F-35” qırıcıları ilə bağlıdır. ABŞ konqresi həmin qırıcıların Türkiyəyə satılmasına qadağa qoya bilər. Buna paralel olaraq ABŞ Rusiyanın müxtəlif şirkətlərinə, dövlət korporasiyalarına sanksiyalar tətbiq etməkdə davam edir. Rusiyanın 38 fiziki və hüquqi şəxsi, o cümlədən “Rosoboroneksport”, “Rusal” və “Rusiya maliyyə korporasiyası” da sanksiyalara məruz qalıb. ABŞ dövlət katibinin köməkçisi Uess Mitçell bildirib ki, Ankaranın Rusiyadan C-400 sistemlərini alması beşinci nəsl “F-35” qırıcılarının Ankaraya satılmasına mənfi təsir edəcək. İsmayıl Dəmir dünən Anadolu Agentliyinə açıqlamasında amerikalıların təhdidlərinə cavab verib: “Sazişin çərçivəsi müəyyənləşib və Türkiyə tərəfi lazım olan bütün tələblərini ortaya qoyub. Ortada bəzi tələblər var. Onlardan bəziləri cəmiyyətə bəllidir. Həmin tələblərin yerinə yetiriləsi ilə bağlı da heç bir problem yoxdur. Sazişin reallaşdırılması ilkin razılaşmaya uyğun olaraq davam edir”. İsmayıl Dəmir Ankaranın Rusiyadan zenit-raket kompleksləri almasına görə sanksiyalara məruz qalacağı ilə bağlı narahatlığa belə cavab verib: “Ankara bu məsələlərdən xəbərdardır. Amma Türkiyə və Rusiya liderləri bu barədə dəqiq qərar qəbul ediblər. Bu, uşaq oyuncağı deyil ki, bu gün bir söz, sabah başqa söz deyəsən. Burada başqa variant dövlətin prinsipləri və Türkiyə Müdafiə Sənaye Mərkəzinin mövqeyinə zidd olar. Müdafiə Sənaye Mərkəzi öz fəaliyyətini Türkiyə dövlətinin siyasətinə uyğunlaşdırır. Burada müstəqil qərar qəbul etmək və ölkənin maraqlarına uyğun siyasət həyata keçirmək son dərəcə vacib məsələdir. Ümid edirik ki, Türkiyənin müttəfiqləri bir məsələni digəri ilə qarışdırmayaraq, situasiyanı düzgün qiymətləndirəcək və sağlam düşüncə ilə qərar qəbul edəcəklər”. Onu da qeyd edək ki, ötən ilin dekabr ayında Ankara və Moskva C-400 raket komplekslərinin alınması ilə bağlı kredit sazişi imzalayıblar. Bu sazişə uyğun olaraq Ankara Rusiyadan iki batareya C-400 kompleksi alacaq və həmin komplekslərə türk heyəti xidmət edəcək. Eyni zamanda tərəflər Türkiyənin zenit-raket kompleksləri istehsalı sahəsinin inkişafı ilə bağlı əməkdaşlıqla bağlı da razılıq əldə ediblər.
Anar




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İspaniyada intensiv yağıntılar nəticəsində ölən və itkin düşənlər var
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info