Cocuq Mərcanlı məktəbliləri UNEC-ə dəvət olunublar
Tarix: 09.05.2018 | Saat: 01:05:00 | E-mail | Çapa göndər


UNEC-in Zaqatala filialının müəllim-tələbə heyəti Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib. UNEC-in nümayəndə heyəti öncə Horadiz şəhərində “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edərək, şəhidlərin əziz xatirəsinə ehtiramlarını bildiriblər. Filial kollektivi şəhid Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbində müəllim və şagirdlərlə görüşüb. Filialın İqtisadiyyat fakültəsinin dekanı, dosent Həqiqət Qədimova məktəblilərə UNEC-in Zaqatala filialı barədə ətraflı məlumat verərək, onlara “UNEC-də 1 gün” layihəsindən söz açıb. Bildirib ki, layihə çərçivəsində şagirdlər bir günlük UNEC tələbəsi olmaq hüququ qazanır və bu, onlara universitet ilə daha yaxından tanış olmaq imkanı yaradır. Layihəni maraqla qarşılayan Cocuq Mərcanlı kənd məktəbinin şagirdləri “UNEC-də 1 gün” layihəsində iştirak etmək istədiklərini bildiriblər. Məktəblilərə dərslərində uğurlar arzulayan filial kollektivi onlara kitablar hədiyyə ediblər. Sonra müəllim və tələbələr Lələtəpə yüksəkliyinə qalxaraq, “N” saylı hərbi hissənin əsgər və zabitləri ilə görüşüblər. Səfər çərçivəsində Şuşa məscidinin bənzəri də ziyarət olunub.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq
24.09.2018
“Uşaqlar bizim gələcəyimizdir“
24.09.2018
Gömrük sistemi hərtərəfli dövlət dəstəyi ilə təmin olunub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info