Bolqarıstanda AXC-nin 100 illik yubileyi qeyd olunub
Tarix: 09.05.2018 | Saat: 01:09:00 | E-mail | Çapa göndər


Prezidentin Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinin keçirilməsi haqqında müvafiq sərəncamına uyğun olaraq Bolqarıstandakı səfirliyimiz tərəfindən Ruen şəhərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın icraçı prodüseri olduğu “Əli və Nino” filmi nümayiş olunub. Tədbirdə Ruen bələdiyyəsinin meri İsmail Osman, şəhər icma şurasının sədri Əşrəf Əşrəf, Bolqarıstan Respublikasının Xalq Məclisinin deputatı, Bolqarıstan-Azərbaycan dostluq qrupunun üzvü Sevim Əli, Avropa Parlamentinin Bolqarıstandan olan deputatı, Avropa naminə Liberalların və Demokratların Alyansı Qrupunun (ALDE) vitse-prezidenti İlhan Küçük, eləcə də şəhər bələdiyyəsinin digər rəsmi şəxsləri iştirak ediblər.
Filmin nümayişindən əvvəl çıxış edən Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Ruen şəhərində təşkil olunan tədbirin bir sıra əlamətdar yubileylər, o cümlədən müsəlman Şərqində ilk parlament respublikası AXC-nin yaradılmasının 100-cü ildönümü ilə bağlı olduğunu qeyd edib. Səfir cəmi 23 ay yaşamasına baxmayaraq, AXC-nin qısa müddətdə həyata keçirdiyi tədbirlər barədə məlumat verib, onun xalqımızın tarixində buraxdığı silinməz izlər, milli dövlətçilik ənənələrimizin bərpasında böyük rolundan danışıb.
Diplomat ölkə başçısının AXC ilə bağlı fikirlərinə istinad edərək Şərqdə demokratiyanın əsasını qoyan məhz Azərbaycan xalqı olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 71 il sonra, 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa edərək dünya ictimaiyyətinə müstəqil dövlət kimi qoşulduğunu bildirən səfir müstəqilliyimizin ilk illərinin çox ağır bir zamana təsadüf etməsi, ölkəmizin Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalması, ərazilərimizin 20 faizinin işğal olunması və 1 milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi barədə ətraflı məlumat verib. Bütün bu çətinliklərə baxmayaraq, son 25 il ərzində Azərbaycanın çox uğurlu bir inkişaf yolunu keçərək qlobal və regional proseslərə böyük töhfə verən ölkəyə çevrildiyini vurğulayan N.Qurbanova bu uğurlu siyasətin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulması və Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirildiyini bildirib. Nəticədə ölkəmiz həm siyasi, həm də sosial-iqtisadi baxımdan öz nüfuzunu artıra bilmiş və tək Azərbaycan deyil, digər qonşu ölkələrin də inkişafına vacib töhfə vermiş, bir çox irimiqyaslı layihələrə imza atmışdır. Daha sonra Azərbaycan-Bolqarıstan münasibətlərinə toxunan diplomat ötən il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünün qeyd olunduğunu, strateji tərəfdaş olan ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq üçün böyük potensialın mövcudluğunu bildirib. Sonda nümayiş olunacaq “Əli və Nino” filmi barədə məlumat verən N.Qurbanova sözügedən filmin, demək olar ki, yuxarıda sadalanan bütün məqamları özündə ehtiva etdiyini əlavə edib. Bir tərəfdən film müsəlman azərbaycanlı gənc ilə xristian gürcü qızının məhəbbəti barədədirsə, digər tərəfdən AXC-nin yaradılmasından öncə və sonra Azərbaycanda cərəyan edən siyasi prosesləri təsvir edir.
Daha sonra Ruen bələdiyyəsinin meri İ.Osman, şəhər icma şurasının sədri Ə.Əşrəf, Bolqarıstan Respublikasının Xalq Məclisinin deputatı, Bolqarıstan-Azərbaycan dostluq qrupunun üzvü S.Əli, Avropa Parlamentinin Bolqarıstandan olan deputatı, Avropa naminə Liberalların və Demokratların Alyansı Qrupunun (ALDE) vitse-prezidenti İ.Küçük çıxış edərək N.Qurbanovanın Ruen şəhərinə səfərini, AXC-nin 100 illik yubileyi kimi əlamətdar tarixi hadisənin qeyd olunması çərçivəsində belə bir tədbirin təşkilini yüksək qiymətləndirib, ölkələrimiz arasında əməkdaşlığın, o cümlədən mədəni sahədə əlaqələrin inkişafı baxımından əhəmiyyətini qeyd ediblər. Azərbaycan-Bolqarıstan arasında münasibətlərin inkişafından məmnunluq ifadə edən natiqlər bu əlaqələrin bundan sonra daha da möhkəmlənəcəyinə, xüsusilə Bakı-Sofiya birbaşa hava əlaqəsinin bu prosesə əlavə töhfə verəcəyinə inamlarını ifadə ediblər.
Gecədə qonaqlara Azərbaycan milli mətbəxinin nümunələri təqdim olunub.
Filmin nümayişindən sonra yerli folklor qrupunun ifasında rəqs nümunələri təqdim edilib, Azərbaycan və türk mahnılarından ibarət rəngarəng musiqilər səsləndirilib.
Fuad




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Əcnəbilərin Türkiyə vətəndaşlığı alması proseduru sadələşdirilib
19.09.2018
QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib
18.09.2018
Türkiyə İdlibə əlavə hərbi kontingent göndərəcək
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info