«Le Mond»: «Suriya: Putin-1, Obama-0»
Tarix: 06.06.2013 | Saat: 23:57:00 | E-mail | Çapa göndər



«Barak Obama Rusiyanın dəstəklədiyi sonu
olmayan münaqişə bataqlığına düşmək istəmir»


«Suriya ilə bağlı sülh konfransı iyunun əvvəlində baş tutmalı idi. İndi isə konfransın iyulun əvvəlində ola biləcəyi deyilir. Ümumiyyətlə, konfrans baş tutmaya da bilər. Həmin tədbirin təşkilatçıları olan Amerika və Rusiya konfransın keçiriləcəyi yerdən başqa heç bir məsələdə razılığa gələ bilməyiblər». Bu haqda Fransanın «Le Mond» nəşrində dərc edilən «Suriya: Putin-1, Obama-0» adlı məqalədə qeyd edilir. Məqalə müəllifi Alen Franşon yazır ki, Rusiya müttəfiqi olan Bəşər Əsədi qətiyyətlə müdafiə edir.

Ruslar nəyə nail olacaqlarını yaxşı bilirlər və strategiyaya sahibdirlər. Moskva Suriya ordusunu lazım olan bütün silah-sursatla təmin edir. Əsəd ordusuna avtomatdan tutmuş ballistik raketə kimi hər cür silah verilir. Sülh konfransı Rusiya üçün Dəməşqdəki dostlarını müdafiə etmək üçün vasitədir. Cenevrə konfransı Suriya rejimini legitimləşdirməli və münaqişənin siyasi-diplomatik yolla həllində iştirakını təmin etməlidir. Rusiyanın Suriyaya etdiyi siyasi-diplomatik-hərbi yardım ardıcıl xaratker daşıyır. Münaqişənin əvvəlində Qərb hesab edirdi ki, Əsəd uzun müddət duruş gətirə bilməyəcək. Üsyançılar isə hesab edirdilər ki, qərbli demokratlar Liviyada olduğu kimi davranacaqlar. Faciəli şəkildə anlaşılmazlıq oldu. Məsələ ondadır ki, Barak Obama Suriya münaqişəsində məhdud iştiraka inanmır və Rusiyanın dəstəklədiyi sonu olmayan münaqişə bataqlığına düşmək istəmir. Amerikanın bu sahədə Vyetnam, İraq və Əfqanıstan kimi təcrübəsi var. Ağ Evin ehtiyatlı davranışı ABŞ-ın elan etdiyi taktikaya uyğun gəlmir. Vaşinqton Suriya məsələsində Dəməşqi qorxutmaq və ya Rusiyaya təzyiq etmək üçün əlində olan resurslardan istifadə etmir. Amma bir məsələ var ki, Suriyadakı münaqişə regionda stabilliyə ciddi təhdiddir. Ruslar da, amerikalılar da bu vəziyyətdə uduzacaqlar. Bəlkə bu amil onları sülh konfransını keçirməyə vadar edə bilər.
Anar




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Уже в феврале будут продавать наушники-переводчик на 20 языков мира
22.01.2019
Senator Harris ABŞ prezidentliyinə namizədliyini rəsmən elan edib
22.01.2019
Praqada “gecə meri” vəzifəsi yaradılıb
22.01.2019
“United Airlines” aviaşirkətinin sərnişinləri 16 saat təyyarədə qalıblar
22.01.2019
Gürcüstanda “donuz qripi” daha bir nəfərin həyatına son qoyub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info