“Biz həmişə Azərbaycanın ərazi bütövlüyünü tanımışıq və tanımaqda da davam edəcəyik”
Tarix: 09.05.2018 | Saat: 01:12:00 | E-mail | Çapa göndər


“Avropa İttifaqının Dağlıq Qarabağ ərazisindən heç bir mal və xidmət ixrac etmir. Avropa Komissiyası bununla bağlı ölkələrə müvafiq bildirişlər göndərib”

Bakıda keçirilən Avropa-İttifaqı–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclası işini başa çatdırıb. İclasın sonunda Birgə Bəyanat qəbul olunub. Bəyanatda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normalarına uyğun həlli məsələsi bir daha dəstəklənib. İclasın əsas müzakirə mövzusu da “Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar: mövcud vəziyyət və gözləntilər” olub. Bu cür münaqişələrin regionda sabitliyin və təhlükəsizliyin pozulmasına gətirib çıxardığını deyən Xarici İşlər Nazirliyinin əməkdaşı, səfir Kamil Xasıyev Dağlıq Qarabağ problemi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrini, Avropa Şurası Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının və digər qurumların məlum sənədlərini xatırladıb. Diplomat diqqəti Avropa İttifaqı ölkələrinin şirkətlərinin Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz fəaliyyətinə yönəldərək qurumun buna münasibət göstərməsinin vacibliyini önə çəkib. XİN rəsmisi qeyd edib ki, Azərbaycan ikitərəfli, üçtərəfli əməkdaşlıq formatlarını ərsəyə gətirməyə nail olub. Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov xatırladıb ki, Azərbaycan bu gün müstəqil siyasət aparan bir dövlətdir. Ölkəmiz region dövlətləri ilə əməkdaşlığı genişləndirib və Avropanın karbohidrogen ehtiyatları ilə təmin olunmasında mühüm rol oynayır. Milli Məclisin deputatı Sahibə Qafarova deyib ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində minlərlə vətəndaşımız, o cümlədən qadın və uşaqlar qətlə yetirilib, bir milyondan çox vətəndaşımız qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olub. Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar Asim Mollazadə, Flora Qasımova, Elman Nəsirov və başqaları da Ermənistanın işğalçılıq siyasətindən, Avropa İttifaqının ikili standartlarından danışaraq əməkdaşlığın inkişafı üçün qarşılıqlı etimadın və hörmətin vacibliyini önə çəkiblər. Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədri Sayyad Kərim bildirib ki, biz həmişə Azərbaycanın ərazi bütövlüyünü tanımışıq və tanımaqda da davam edəcəyik. Avropa parlamentinin vitse-spikeri Hadi Hautala münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduqlarını dilə gətirib. Avropa Xarici Fəaliyyət Xidməti və Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş İdarəsinin rəhbəri Vassilis Maraqos vurğulayıb ki, qurumun Bakıdakı nümayəndəliyi vasitəsilə Azərbaycana yardım edilir: “Bu il burada nəqliyyat sahəsində investisiya proqramları həyata keçiriləcək. Gənclərin akademik səviyyəsində mübadiləsi ilə bağlı “Şərq Tərəfdaşlığı” ölkələri üçün 200 milyon avro ayrılıb. Bu sahədə də Azərbaycanla əməkdaşlıq ediləcək”. O, Avropa İttifaqının Dağlıq Qarabağ ərazisindən heç bir mal və xidmət ixrac etmədiyini vurğulayıb. Bildirib ki, Avropa Komissiyası bununla bağlı ölkələrə müvafiq bildirişlər göndərib. “Regional əməkdaşlıq və Azərbaycan üçün çağırışlar” mövzusunda müzakirələrdə bildirilib ki, ölkəmiz regional əməkdaşlığa böyük önəm verir. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminində önəmli rol oynayır. Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev yekun çıxışında bu müzakirələrin qurumla ölkəmiz arasında əlaqələrin inkişafına xüsusi töhfə verəcəyini vurğulayıb. Aparılan müzakirələrin yekunu olaraq Birgə Bəyanat qəbul olunub. Bəyanatda Avropa İttifaqı ilə Azərbaycan arasında yüksək səviyyəli yeni əməkdaşlıq sazişinin imzalanması da parlamentarilər tərəfindən dəstəklənir. Komitənin növbəti toplantısı gələn ilin payızında Avropa ölkələrindən birində keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info