“İran uranın zənginləşdirilməsini bərpa etməyə hazırdır“
Tarix: 09.05.2018 | Saat: 05:25:00 | E-mail | Çapa göndər


İran prezidenti Həsən Ruhani ABŞ-ın İranın nüvə proqramı üzrə razılaşmasından çıxmasına münasibət bildirib. APA-nın Tehran bürosunun məlumatına görə, prezident H.Ruhani bildirib ki, ABŞ heç vaxt öz öhdəliklərini yerinə yetirməyib. “Bizim ötən 40 illik tariximiz və ondan öncəki illərdə müşahidə etdiyimiz bu olub ki, ABŞ İran xalqına qarşı, region xalqlarına qarşı həmişə düşmənçilik mövqeyini sərgiləyib”.
H.Ruhani deyib ki, İran Beynəlxalq Atom Enerjisi Təşkilatının qənaətinə əsasən, bütün öhdəliklərini yerinə yetirib: “Biz bu gün beynəlxalq öhdəlikləri yerinə yetirməyən ölkənin hansı ölkə olduğunu görürük. İranın nüvə proqramı üzrə razılaşma bir neçə tərəfli bir razılaşma idi. İran xalqı öz öhdəliklərini yerinə yetirdi və öhdəliyinə əməl etməyənin kimliyi bəlli oldu. Donald Trampın mövqeyini dəstəkləyən yeganə ölkə sionist rejimdir. Bu rejim idi ki, bizim nüvə alimlərimizə qarşı terror etdi. Bundan sonra nüvə proqramına dair razılaşma İran və 5 ölkə arasındadır. İran bu razılaşmaya sadiq qalacaq. Biz sülh üçün addım ata bilərik, lakin əgər mənafeyimiz təmin olunmazsa, İslam sistemi özü xalqa şərtləri açıqlayacaq”.
“Xarici İşlər Nazirliyinə bildirirəm ki, Avropa ölkələri ilə müzakirə aparsınlar. Trampın atdığı bu addım psixoloji müharibədir və iqtisadi təzyiqləri artırmaq məqsədi güdür. Biz icazə verməyəcəyik ki, Tramp bu müharibədə qələbə qazansın. İran xalqı bu gecədən öz öhdəliyinə daha da sadiq qalacaq. Atom Enerji Təşkilatına göstəriş vermişik ki, növbəti addımlar üçün tam hazırlıqlı olsun. Əgər lazım gələrsə, uranın sənaye zənginləşdirilməsi prosesinə heç bir məhdudiyyət olmadan başlayacağıq”.
H.Ruhani tezliklə xalqla bu haqda daha geniş danışacağını bildirib.
Qeyd edək ki, ABŞ İranın nüvə proqramı üzrə razılaşmadan çıxıb. Bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10479

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info