Azərbaycan diasporu Moskvada “Ölməz alay” aksiyasında iştirak edib
Tarix: 10.05.2018 | Saat: 10:15:00 | E-mail | Çapa göndər


Moskvadakı Azərbaycan diasporu Rusiya paytaxtında keçirilən “Ölməz alay” aksiyasında iştirak edib.
AZƏRTAC xəbər verir ki, Rusiya Azərbaycanlı Gənclər Birliyi, bu ölkədəki Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondu və Rusiyadakı Azərbaycan İcmasının nümayəndələri əllərində Azərbaycan bayraqları və Böyük Vətən müharibəsində iştirak etmiş həmvətənlərimizin şəkilləri ilə yürüşə qoşulublar.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin, İsrailin Baş naziri Binyamin Netanyahu, Serbiya Prezidenti Aleksandr Vuçiç də Moskvada “Ölməz alay” aksiyasında iştirak ediblər.
Rusiya Prezidenti Vladimir Putin müharibə veteranı olmuş atasının portreti ilə Qızıl meydanda aksiya iştirakçılarına qoşulub.
“Ölməz alay” aksiyası Rusiyada artıq 7-ci ildir keçirilir. Aksiya iştirakçıları mayın 9-da əllərində Böyük Vətən müharibəsində həlak olmuş qohumlarının portretləri ilə yürüşə çıxırlar. Bu il Moskvada bir milyon insanın yürüşə qoşulduğu bildirilir.




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Ukraynada prezident seçkilərinin ikinci turu ilə bağlı sükut günüdür
18.04.2019
Ermənistanda 24 yaşlı əsgər özünü güllələyib
18.04.2019
Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
18.04.2019
Özbəkistanın Riştan rayon rəhbərliyi İsmayıllı rayonuna səfər edəcək
17.04.2019
Lavrov: Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı razılaşmalar kağız üzərində qalmamalıdır

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10752

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info