Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü Misirdə anılıb
Tarix: 10.05.2018 | Saat: 10:26:00 | E-mail | Çapa göndər


Azərbaycanın Misirdəki səfirliyi və Misirin Qalyubiyyə vilayət rəhbərliyinin birgə təşkilatçılığı ilə burada yerləşən Misir-Azərbaycan Dostluq Parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə beş milyon əhalisi olan Qalyubiyyə vilayətinin qubernatoru Mahmud Əl Aşmavi, Misirdəki səfirimiz Tural Rzayev, Vilayət məclisinin üzvləri, səfirliyimizin əməkdaşları və onların ailə üzvləri, Misirdə yaşayan, işləyən, təhsil alan həmvətənlilərimiz iştirak ediblər.
Tədbir iştirakçıları Misir-Azərbaycan Dostluq Parkında yerləşən istedadlı uşaqlar üçün tədris mərkəzində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən fotostendlərlə tanış olublar.

Mərkəzin rəhbəri xanım Səbilə Əbdül Vahab qonaqlara “Müasir Azərbaycanın banisi Heydər Əliyev” mövzusunda ətraflı məlumat vermiş, qonaqları fotosərgi ilə tanış edib.
Sonra tədbir iştirakçıları Misir-Azərbaycan Dostluq Parkını gəzərək Azərbaycanın Misirdəki səfirliyi və Qalyubiyyə vilayəti ilə qardaşlaşmış olan Abşeron rayonu icra hakimiyyətinin maddi dəstəyi ilə 2016-cı ildə burada aparılan yenidənqurma-bərpa işləri ilə tanış olublar.
Daha sonra tədbir iştirakçıları parkda yerləşən Heydər Əliyev heykəlinin önünə gələrək ulu öndərin əziz xatirəsini yad ediblər.
Qalubiyyə qubernatoru Mahmud Əl-Əşmavi və səfir Tural Rzayev Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin heykəlinin önünə gül qoydular.
Tədbirdə çıxış edən səfir Tural Rzayev Ulu Öndərin keçdiyi ömür yolunu xatırlayaraq, məhz onun uzaqgörənliyi, iradəsi və əvəzsiz siyasi strategiyası nəticəsində Azərbaycan Respublikasının bu gün dünya ölkələri tərəfindən etibarlı tərəfdaş kimi qəbul edildiyini vurğulayıb. Səfir Ulu Öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərin ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi və Azərbaycan Respublikasının hərtərəfli inkişaf konsepsiyasının işlənib hazırlanması baxımından ən yeni tariximizə qızıl hərflərlə həkk olunduğunu qeyd edib və hər bir azərbaycanlının qəlbində iz buraxdığını vurğulayıb.
Qallubiyyə qubernatoru Mahmud Əl-Əşmavi tədbirdə çıxış edərək Misir-Azərbaycan əlaqələrinin bugünkü vəziyyətindən məmnunluğunu dilə gətirib və bu əlaqələrin əsasında bu gün də uğurla davam etdirilən Heydər Əliyev siyasi kursunun dayandığını vurğulayıb.
Tədbirdə Misirdəki Azərbaycan diasporasının rəhbəri tədqiqatçı alim Seymur Nəsirov çıxış edərək, Misir-Azərbaycan əlaqələrinin tarixindən söhbət açdı, bu əlaqələrin inkişafında ulu öndər Heydər Əliyevin misilsiz rolundan bəhs edib.
Sonda tədbir iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Misirdəki heykəli önünə çiçəklər düzərək xatirə şəkli çəkdiriblər.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info