Abşeron rayonunda Qələbə Günü böyük coşqu ilə qeyd edilib
Tarix: 10.05.2018 | Saat: 13:41:00 | E-mail | Çapa göndər


Qələbə bayramı münasibətilə Abşeronda keçirilən tədbirlərin iştirakçıları əvvəlcə Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin Novxanı kəndindəki abidəsini ziyarət edib, önünə əklil və gül dəstələri düzüb, xatirəsini anıblar.
AZƏRTAC xəbər verir ki, sonra tədbir Xırdalan şəhərinin mərkəzində müharibə qurbanlarının xatirəsinə ucaldılan “Ana abidəsi” qarşısında davam etdirilib.

Tədbirdə çıxış edənlər müharibə illərində Sovet ordusunun hərbi texnikasının məhz Bakı nefti hesabına işlədiyi, azərbaycanlıların döyüşlərdə qəhrəmanlıq göstərib, qələbədə böyük paylarının olduğunu bildiriblər.

Böyük Vətən müharibəsinin veteranları çıxışlarında ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra onlara və müharibə veteranlarının ailə üzvlərinə diqqət və qayğının bərpa olunduğunu minnətdarlıq hissi ilə qeyd ediblər.
Sonra Abşeron rayon mədəniyyət müəssisələrinin hazırladığı müharibənin ağrılı-acılı günlərini xatırladan ədəbi -bədii kompozisiya nümayiş olunub.
Qələbə bayramında Milli Ordunun “N” saylı hərbi hissəsinin əsgərləri, şəhərinin məktəblərini təmsil edən “Şahin” komandaları hərbi orkestrin müşayiəti ilə Xırdalan şəhərinin mərkəzi küçələri boyunca yürüş ediblər.
Heydər Əliyev parkında Qələbə Günü və Ümummilli Liderin anadan olmasının 95-ci ildönümü münasibətilə respublikanın incəsənət ustalarının iştirakı ilə baram konserti təşkil olunub. Tədbir möhtəşəm bayram atəşfəşanlığı ilə başa çatıb.




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Lənkəranda kimsəsiz uşaqlar üçün Novruz şənliyi təşkil edilib
19.03.2019
Ağcabədidə şəhid ailələrinə bayram sovqatı paylanılıb
19.03.2019
Qaradağ rayonunda Novruz şənliyi təşkil olundu
19.03.2019
Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
19.03.2019
Bu gün ilaxır – Torpaq çərşənbəsidir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10699

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
3 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 Yuliya Naçalova vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info