Ağdaşda yeni su anbarı tikiləcək
Tarix: 10.05.2018 | Saat: 15:09:00 | E-mail | Çapa göndər


“Azərsu” ASC “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrasını davam etdirir.
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən  bildirilib ki, Azərbaycan hökuməti və Asiya İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində Ağdaş şəhərində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri yekunlaşmaq üzrədir.
Ağdaş şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla 47 min nəfər şəhər əhalisinin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.
Əhalini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün ilkin mərhələdə 8 subartezian quyusu qazılıb, sugötürücü kamera, xlorator binası və ümumi tutumu 7000 kubmetr olan 2 su anbarı inşa edilib. Su mənbələrindən şəhərə 8 kilometr uzunluğunda 2 magistral kəmər çəkilərək mövcud şəbəkə ilə birləşdirilib, yeni laboratoriya binası, nasos stansiyası və istehsalat bazası inşa edilib. Layihəyə uyğun olaraq Ağdaş şəhərində 143 kilometr içməli su, 124 kilometr kanalizasiya şəbəkələri tikilib, abonentlərə ev birləşməsi verilərək sayğaclar quraşdırılıb.
Layihənin növbəti mərhələsində 4 ədəd yeni subartezian quyusunun qazılması, həcmi 5000 kubmetr olan yeni su anbarının tikintisi nəzərdə tutulub. Su mənbəyindən şəhərə qədər 6,7 kilometr uzunluğunda ikinci magistral su xəttinin 6,2 kilometrlik hissəsi inşa edilib. Şəhərin su və kanalizasiya şəbəkələrinin tikintisinin tamamlanması məqsədilə işlər davam etdirilir. 44,7 kilometr içməli su şəbəkəsinin 10 kilometrlik, 61,2 kilometr kanalizasiya şəbəkəsinin isə 22,2 kilometrlik hissəsində işlər başa çatdırılıb.
Layihə çərçivəsində Ağdaş Sukanal İdarəsi üçün müasir tipli yeni inzibati binanın tikintisi də davam etdirilir.
Ağdaş şəhərində tullantı suların təmizlənib kənarlaşdırılması məqsədilə məhsuldarlığı sutkada 10 min kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisinə hazırlıq görülür.
Yeni layihənin icrasına qədər Ağdaş şəhərində 1950-1960-cı illərdə yaradılmış su təchizatı və kanalizasiya sistemlərindən istifadə olunurdu. Şəhərə içməli su Türyançayda quraşdırılmış drenaj sistemi vasitəsilə fasiləli rejimdə verilirdi. Şəhərdə mövcud olmuş içməli su və kanalizasiya şəbəkələri bütün abonentləri əhatə etmirdi və istismara yararsız vəziyyətə düşmüşdü.
Qeyd edək ki, “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” çərçivəsində Ağdaş şəhəri ilə yanaşı, Göyçay, Beyləqan və Ağcabədi şəhərlərinin də su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulmuşdu. Artıq Göyçay və Beyləqan şəhərlərində şəbəkələrin tikintisi yekunlaşıb, Ağcabədi şəhərində isə tikinti-quraşdırma işlərinin bu il başa çatdırılması nəzərdə tutulur.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info