ABŞ-da ingilis dilində Azərbaycan haqda kitab nəşr etdirilib
Tarix: 10.05.2018 | Saat: 16:01:00 | E-mail | Çapa göndər


Azərbaycan həqiqətlərinin ABŞ ictimaiyyətinə daha geniş şəkildə çatdırılması məqsədilə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən ABŞ-da ingilis dilində Azərbaycan haqda kitab nəşr etdirilib.
 
Konsulluqdan verilən məlumata görə, nəfis tərtibatda nəşr edilmiş, 120 səhifədən ibarət olan və “Azerbaijan – Everlasting Heritage, Inspirational Harmony” (Azərbaycan – Əbədi Miras, Ruhlandırıcı Harmoniya) adlı kitabda Azərbaycanın coğrafiyası, təbii sərvətləri, qədim tarixi, zəngin mədəniyyəti və incəsənəti, güclü etnik və dini tolerantlıq ənənələri, dövlət quruluşu və xarici siyasəti, sürətli iqtisadi inkişafı, turizm potensialı, ADA Universiteti, “ASAN Xidmət” və digər maraq kəsb edən mövzular barədə geniş məlumatlar öz əksini tapıb. Bakının və ölkəmizin müxtəlif guşələrinin şəkilləri də kitabda yer alıb.

Kitabın “Azərbaycan torpaqlarının qanunsuz işğalı” bölməsində Dağlıq Qarabağın tarixi, Ermənistanın ölkəmizə qarşı apardığı tarixi işğalçılıq və etnik təmizləmə siyasəti haqqında geniş məlumat verilir. Bildirilir ki, əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağ tarixən müxtəlif Azərbaycan dövlətlərinin tərkibində olub və Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatında böyük rol oynayıb. Sözügedən bölmədə, həmçinin Kürəkçay və Türkmənçay müqavilələrinin vurduğu ağır zərbələrdən danışılır, bu müqavilələr nəticəsində Dağlıq Qarabağın erməni əhalisinin süni şəkildə artırıldığına diqqət çəkilir. Bundan başqa, vurğulanır ki, dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır və ölkəmizin ərazi bütövlüyünü dəstəkləyir. Həmçinin BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən qətnamələri, ABŞ dövlət rəsmilərinin və ABŞ Dövlət Departamentinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Ermənistanın işğalçılıq siyasətini pisləyən tarixi bəyanatları və digər hüquqi sənədlər də kitabda öz əksini tapıb.
 
Sözügedən bölmədə Xocalı soyqırımı xüsusi olaraq vurğulanır. Bildirilir ki, soyqırımı nəticəsində aralarında uşaqlar, qadınlar və yaşlılar da olmaqla günahsız dinc Xocalı sakinləri Ermənistan qoşunları tərəfindən qətlə yetiriliblər. Həmçinin Xocalı soyqırımı barədə beynəlxalq ictimaiyyətin maarifləndirilməsinə dair Azərbaycan tərəfindən aparılan məqsədyönlü işin, xüsusilə Heydər Əliyev Fondunun Vitse-Prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının müsbət nəticələr verdiyi diqqətə çatdırılaraq, bu qətliamın dünyanın artıq bir çox dövləti, eləcə də ABŞ-ın 20-dən çox ştatı tərəfindən pislənildiyi bildirilir.
 
Kitabın ABŞ-da hökumət və qeyri-hökumət qurumları, biznes dairələri, elm, təhsil və mədəniyyət ocaqları, KİV, eləcə də digər təşkilatlar və ictimai xadimlərə göndərilməsi nəzərdə tutulur.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info