Azərbaycanla Türkiyə miqrasiya sahəsində əməkdaşlığı daha da inkişaf etdirəcək
Tarix: 10.05.2018 | Saat: 16:34:00 | E-mail | Çapa göndər


Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Xidmətin inzibati binasında Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.
 
Xidmətin mətbuat xidmətindən verilən xəbərə görə, ikitərəfli münasibətlərin inkişafı, qarşılıqlı əməkdaşlığın perspektivlərinin müzakirə edilməsi məqsədilə keçirilən görüşdə  V.Hüseynov ölkələr arasında əlaqələrin bütün istiqamətlərdə, o cümlədən miqrasiya sahəsində bundan sonra da uğurla inkişafına və genişlənəcəyinə əminliyini ifadə edib. O, Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində qarşılıqlı münasibətlərin tənzimlənməsi üçün müqavilə-hüquq bazasının möhkəmləndirilməsinin zəruriliyindən danışıb, Prezident İlham Əliyevin 2013-cü ilin noyabrında Türkiyəyə rəsmi səfəri çərçivəsində iki ölkənin hökumətləri arasında bir sıra sahələrdə olduğu kimi,  əmək, əmək miqrasiyası, sosial müdafiə və məşğulluq sahəsində əməkdaşlıqla bağlı “Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında işçi qüvvəsinin qarşılıqlı əmək fəaliyyətinə dair” Sazişin əhəmiyyətini vurğulayıb.
 
Görüşdə qeyri-müəyyən vəziyyətdə olan vətəndaşların leqallaşdırılması və statuslarının müəyyənləşdirilməsi məqsədini daşıyan “Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin nəzdində Miqrasiya İdarəsi üzrə Baş Direktorluğu ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti arasında həyata keçiriləcək Razılaşma Memorandumu”nun layihəsi haqqında söhbət açılıb.
 
Yeni təyinatı ilə bağlı Xidmət rəisini təbrik edən səfir E.Özoral səmimi qəbula görə təşəkkürünü bildirib. O, gələcəkdə Azərbaycan ilə Türkiyə arasında miqrasiya sahəsində mövcud olan münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini deyib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.08.2019
500 nəfər əlilliyi olan şəxsə kiçik biznesini qurmaq imkanı yaradılır
21.08.2019
Bakıda yeni liftlərin quraşdırılması davam edir
20.08.2019
Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
20.08.2019
Azərbaycanın avtomobil bazarında qiymətlər necə dəyişəcək?
20.08.2019
Daha 185 şəhid vərəsəsinə birdəfəlik ödəmə verilməsinə dair qərar qəbul olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
2 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
3 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
4 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info