“Azərbaycanda Probasiya xidmətinin tez müddətdə fəaliyyətə başlaması müsbət haldır”
Tarix: 10.05.2018 | Saat: 17:57:00 | E-mail | Çapa göndər


Əhməd Abbasbəyli: “Ədliyyə Nazirliyində İctimai komitə olaraq hər zaman bizim təkliflərimizə və rəylərimizə diqqətlə yanaşıblar”

Azərbaycan dövləti hər zaman insanların rahat, azad yaşaması üçün siyasət yürüdüb. Ümumiyyətlə, Azərbaycanın dövlət siyasətində humanizmlik prinsipi üstünlük təşkil edir. Dövlətin bu siyasətinin davamı olaraq ötən il Prezident İlham Əliyev tərəfindən “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncam imzalanmışdı. Artıq azadlıqdan məhrumetmə cəzasının tətbiqinin azaldılması və daha çox alternativ cəzalara üstünlük verilməsi məqsədilə Əsliyyə Nazirliynin Probasiya xidməti yaradılıb. Bu istiqamətdə işin müasir tələblər səviyyəsində qurulması, cəzaların icrası zamanı müasir elektron nəzarət vasitələrinın geniş tətbiqi ilə bağlı Xidmətin monitorinq mərkəzi faliyyətə başlayıb. Bu günlərdə Probasiya xidmətində elektron monitorinq fəaliyyətinə dair ictimai təqdimat keçirilib. Bu təqdimatda iştirak edən Ədliyyə naziri yanında İctimai Komitənin üzvü Əhməd Abbasbəyli öz fikirlərini bizimlə bölüşüb. Onun sözlərinə görə, Probasiya xidmətinin yaradılması həyata keçirilən sistemli və genişmiqyaslı hüquqi islahatların tərkib hissəsidir: “Bu, cinayət təqibi və cəzaların icrası sahələrində hüquqi islahatların yeni mərhələsidir. Hazırda penitensiar müəssisələrin fəaliyyətinin müasirləşdirilməsi, infrastrukturun yenilənməsi və idarəçilik mexanizminin təkmilləşdirilməsi tədbirləri davam etdirilir. Probasiya xidmətinin də başlıca vəzifəsi cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına effektiv nəzarətin təşkili və bu sahədə idarəetmənin səmərəliliyinin artırılmasıdır”. Əhməd Abbasbəyli bildirdi ki, Probasiya xidməti yüngül cinayətlərə görə tətbiq olunan xidmətdir: “Bildiyimiz kimi, Probasiya xidməti bir çox Qərb ölkələrində fəaliyyət göstərir. Maraqlı odur ki, qonşu Rusiyada hələ də bu sistemin tətbiqi ilə bağlı ciddi problemlərlə üzləşirlər. Lakin gözlənilmədən Azərbaycanda bu sistemin belə tez müddətdə tətbiq edilməsi müsbət haldır. Bu bir daha sübut edir ki, Azərbaycanda ədliyyə sahəsində güclü islahatlar aparılr və bunun də nəticəsində bu sahədə kifayət qədər inkişaf var. Eyni zamanda məhkəmə hüquq sisteminin maddi-texniki bazları gücləndirilir və məhkəmə prosesində elektron vasitələrdən istifadə edilir”. Xidmətin monitorinq mərkəzinin fəaliyyətinə toxunan Əhməd Abbasbəyli qeyd etdi ki, artıq alternativ cəzaların icrasında müasir informasiya-kommunikasiya texnologiyalarından istifadəni təmin etməklə elektron nəzarət vasitələrinin tətbiqinə başlanılıb: “Probasiya xidmətində müasir avadanlıqla təchiz olunmuş Elektron Monitorinq Mərkəzi yaradılıb. Azadlıqdan məhrum edilməmiş hər bir məhkumun əllərinə “elektron qolbaq” taxılıb və mobil nəzarət qurğularından istiafadə olunur. Bu vasitələr məhkumun üzərində daşınmaqla, onun coğrafi yerdəyişməsinin izlənməsinə, müvafiq məlumatların Monitorinq Mərkəzinə ötürülməsinə imkan yaradır. Müvafiq texniki-proqram vasitələri ilə təchiz olunan Mərkəz məhkum edilmiş şəxslərlə operativ əlaqəni təmin edir və ilin bütün günləri 24 saat ərzində fasiləsiz fəaliyyət göstərir. Bu gün 8 məhkum bu formada cəza çəkir. Monitorinq Mərkəzində real olaraq nümayiş olundu və biz də gördük”.
O dedi ki, diqqəti çəkən məqamlardan biri də budur ki, “elektron qolbaq” və mobil nəzarət qurğuları Azərbaycanda istehsal olunur: “Dünyada belə cihazlar istehsal edən cəmi 8 şirkət var ki, onlardan da biri də məhz Azərbaycana məxsusdur. Diqqət çəkən məqam odur ki, Azərbaycan bu cihazları patent şəkilində deyil, öz modeli olaraq istehsal edir. Həqiqətən də çox müasir və keyfiyyətli texnologiyadır. İnanıram ki, bu, özünü doğruldacaq”. Əhməd Abbasbəyli bildirdi ki, İctimai komitə olaraq bu proseslərə cəlb edilmələri ədliyyə sisteminin özünün cəmiyyətə açıqlığının bariz nümunəsidir: “Bütün proseslərdə biz iştirak etməyə çalışırıq və Ədliyyə Nazirliyi də bunda maraqlıdır. Biz də İctimai komitə olaraq çalışırıq Ədliyyə Nazirliyinə öz təkliflərimizi verək. Bu baxımdan Ədliyyə Nazirliyində hər zaman bizim təkliflərimizə, rəylərimizə diqqətlə yanaşıblar. Həqiqətən, istər Ədliyyə Nazirliyinin rəhbərliyi olsun, istər digər əməkdaşları olsun, istərsə də İctimai komitə üzvləri olsun, hamımızın ümumi məqsədləri Azərbaycanda bütün mərkəzi və yerli icra strukturlarında, o cümlədən Ədliyyə Nazirliyində inkişafın daha da sürətlənməsi, şəffaflığın daha da artırılmasıdır. İstərdik ki, hər bir sahədə yeni texnologiyaların tətbiqi daha effektli və səmərəli olsun. Biz də ictimai fəal insanlar olaraq bu prosesdə əlimizdən gələni etməyə hazırıq. Güman edirik ki, bu istiqamətdə əməkdaşlıq daha da sıx davam edəcək, son nəticə olaraq isə bundan cəmiyyət faydalanacaq ”.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
“Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10497

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


18.11 15:39 “Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info