“Rusiya Azərbaycanı etibarlı müttəfiq kimi görür, Ermənistanı isə saxlamaq niyyətində deyil”
Tarix: 10.05.2018 | Saat: 19:14:00 | E-mail | Çapa göndər


Ermənistan həmin yolla getmir və Rusiyada bu ölkədə baş verənləri daha aydın görməyə başlayırlar.
Bunu Trend-ə rusiyalı politoloq, beynəlxalq məsələlər üzrə ekspert, “Analitika yuqa Rossii” nəşrinin baş redaktoru Yevgeni Mixaylov Nikol Paşinyanın Ermənistanın baş naziri seçilməsini şərh edərkən deyib.
Politoloqun sözlərinə görə, N.Paşinyan çətin ki, indiki tezislərə əməl etsin, çünki bu tezislər ona Ermənistan xalqının xoşuna gəlməsi üçün lazımdır:
“Əgər Rusiyanın dostu Serj Sarkisyan Ermənistan xalqının yaxşı yaşaya bilməsi üçün heç nə edə bilmədisə, Ermənistanın Rusiya ilə ittifaqının pozulmasına cəhd edən qüvvələrin hakimiyyətə gətirdiyi N.Paşinyan da xalqı xoşbəxt etməyəcək. Kökəyə qonaq etdilər, yaxşı gələcək vəd etdilər, vəssəlam”.
Y.Mixaylov qeyd edib ki, Ermənistanda baş verənləri Rusiyada getdikcə daha aydın görürlər və Ermənistan bir əldə bir neçə qarpız tutmaqla əvvəlki yolu getmir:
“Möcüzələr olmur: ya siz bizimləsiniz, ya da bizə qarşısınız. İndiki vəziyyətdə Rusiyadan başqa Ermənistanı dəstəkləyən olmayacaq. Bu, tarixən belə olub. Bəlkə də tarixi tərəfdaşlığı təkrar nəzərdən keçirmək vaxtı çatıb”.
Onun sözlərinə görə, Rusiya bundan nəticələr çıxarmalıdır və digər siyasi qərarlar, o cümlədən Azərbaycanla əlaqələrin dərinləşməsinə xidmət edən qərarlar verməlidir:
“Bir siyasətçi kimi, Paşinyan onu hakimiyyətə gətirənlərin tərəfində olacaq. O gah deyir ki, Qarabağı saxlayacaq, ordunu gücləndirəcək, separatçı regionları dəstəkləyəcək, gah da bildirir ki, dinc yolla nizamlanmanın tərəfdarıdır”.
Politoloq vurğulayıb ki, son iki əsr müddətində Rusiya Azərbaycanı etibarlı müttəfiq və tərəfdaş kimi görür, Ermənistanı isə saxlamaq niyyətində deyil.
Y.Mixaylov qeyd edib ki, siyasətdə hər zaman yeni ittifaqlar yaratmaq olar, hazırda Rusiya ilə Türkiyənin mümkün hərbi-siyasi ittifaqı barədə müzakirələr gedir:
“Əvvəl bunu heç kim fikrinə də gətirmirdi. Tarix göstərir ki, Rusiya hər zaman türk xalqları ilə yaxın olub. Qərb həmişə bizi Osmanlı imperiyası ilə küsdürməyə çalışıb. Hərbi-siyasi ittifaqları nəzərdən keçirmək vaxtı çatıb”.




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Diasporla İş üzrə Dövlət Komitəsində 20 Yanvar faciəsinin qurbanları anılıb
18.01.2019
Azərbaycanın və Türkiyənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq sürətlə inkişaf edir
18.01.2019
Zimbabvenin Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
18.01.2019
Tural Gəncəliyev: “Biz danışıqlardan daha konkret nəticələr gözləyirik”
18.01.2019
Sevinc Fətəliyeva: Azərbaycanla qətnamə dili ilə danışmaq, ona təzyiq etmək mümkün deyil

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info