Biləsuvarda ümummilli liderin 95-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Tarix: 10.05.2018 | Saat: 19:40:00 | E-mail | Çapa göndər


Biləsuvar rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, gənclər və rayon əhalisi iştirak edib. İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyatət edib, əziz xatirəsinə gül dəstələri qoyublar. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev bildirib ki, may ayının 10-u xalqımızın xilaskar oğlu, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümüdür. Azərbaycanın dünəni, bu günü, sabahı Ulu Öndər, dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün cəsarətlə XX əsri Heydər Əliyev əsri adlandıra bilərik. 1969-cu ildən başlanmış bu zəfər yolu nəticəsində Heydər Əliyevin şah əsəri olan Azərbaycan dövlətinin müstəqilliyi dönməz xarakter almış, həyatımızın bütün sahələrində köklü dəyişikliklər və dərin islahatlar həyata keçirilmiş, müstəqil Azərbaycan dünya birliyinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Heydər Əliyev zamanın fövqündə duran bir insan idi. Müstəqil dövlətimizin dərin elmi-təcrübi dayaqlara söykənən siyasi, iqtisadi və beynəlxalq əsaslarının yaradıcısı və qurucusu da məhz Ümummilli liderimiz olmuşdur.Bu müdrik rəhbərin bizə ərməğan etdiyi müstəqil Azərbaycan bu gün sözün həqiqi mənasında dinamik və hərtərəfli inkişaf edən bir ölkədir. Ulu öndərin siyasi kursunu yeni dövrə uyğun olaraq keyfiyyətçə yeni məzmunda uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin gördüyü işlər ölkəmizin daha da çiçəklənməsinə, xalqın yaşayış səviyyəsinin daha da yüksəlməsinə gətirib çıxarmışdır. Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, bu günkü surətli yüksəlişin təməlində müdrik Heydər Əliyev siyasəti durur. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə respublikamızın, o cümlədən hər bir bolgənin və rayonun inkişafına xüsusi diqqət yetirmişdir. Bu müdrik şəxsiyyətin ölkə rəhbəri kimi Biləsuvar rayonuna da bir neçə dəfə etdiyi tarixi səfərlərin hər biri rayonumuzun sakinlərinin yaddaşında əbədi iz qoymuşdur. Bu gün respublikamızın inkişaf etmiş rayonlarından biri olan Biləsuvar rayonu abad, yaraşıqlı bir diyara çevrilmişdir.Qədirbilən Biləsuvar əhalisi həmişə böyük Heydər Əliyev şəxsiyyətinə hörmət və məhəbbət bəsləmiş, o böyük dühanın siyasi xəttinə, ideyalarına hədsiz sədaqət, etimad göstərmişdir. Biləsuvarlılar Umummili lider Heydər Əliyevin siyasi kursu ətrafında, bu böyük yolun layiqli davamçısı, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək yaşayıb yaradır, doğma Biləsuvarı inkişaf etdirirlər. M.Quliyev çıxışının sonunda bildirib ki, bu gün bütün Azərbaycan xalqı kimi biləsuvarlılar da Prezidentimizi ölkəmizdə baş verən tərəqqinin, siyasi sabitliyin, əmin-amanlığın və sülhün qarantı hesab edir və ona güvənir, Ölkə Prezidenti ətrafında sıx birlik nümayiş etdirirlər. Tədbirdə ümumtəhsil məktəblərinin şagirdləri və gənc rəssamların hazırladıqları sərgi nümayiş olunub, incəsənət xadimləri və rayon mədəniyyət işçiləri geniş konsert proqramı ilə çıxış edib.

Cavidan




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info