Heydər Əliyev Mərkəzində “Heydər Əliyev: şəxsiyyət, missiya, irs“ adlı tarixi-sənədli sərgi açılıb
Tarix: 10.05.2018 | Saat: 19:42:00 | E-mail | Çapa göndər


Mayın 10-da Heydər Əliyev Mərkəzində "Heydər Əliyev: şəxsiyyət, missiya, irs" Azərbaycan-Rusiya tarixi-sənədli sərgisinin açılış mərasimi keçirilib. Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bildirib ki, sərgi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilib. Direktorun sözlərinə görə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Rusiya Federasiyası Prezidentinin Administrasiyası və Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunan sərgidə ulu öndərin həyat və fəaliyyətini əks etdirən 300-dən çox eksponat – fotolar, sənədlər və videomateriallar nümayiş olunur. A. Ələkbərov qeyd edib ki, Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzi tərəfindən Rusiya ilə Azərbaycan arasında bir çox sahələri əhatə edən layihələr həyata keçirilir: “Ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunan bu sərgi isə bizim üçün böyük əhəmiyyət kəsb edir”.
Rusiya Federasiyası Prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov Rusiya Prezidenti Vladimir Putinin tədbir iştirakçılarına müraciətini oxuyub. Vladimir Putinin müraciətində bildirilib ki, Heydər Əliyev böyük dövlət xadimi, əsl vətənpərvər olub: "Onun siyasi müdrikliyi, uzaqgörənliyi çətin məsələlərin həllində özünü göstərib. Bu, ona həm Azərbaycan, həm də dünyada böyük nüfuz qazandırıb. Heydər Əliyev müstəqil Azərbaycana çox çətin dövrdə rəhbərlik edib, xalqının əsl lideri olub. Heydər Əliyev Rusiya ilə mehriban qonşuluq siyasətini dəstəkləyib". 
Prezident İlham Əliyevin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycan Prezidentinin tədbir iştirakçılarına müraciətini oxuyub.
Prezident İlham Əliyevin müraciətində bildirilib ki, Heydər Əliyev çox çətin dövrdə ölkəyə rəhbərlik edib, Azərbaycanda dayanıqlı inkişafı təmin edib: "Heydər Əliyev Azərbaycan və Rusiya arasında əlaqələrin gücləndirilməsinə xidmət edib. İndiki mərhələdə bu əlaqələr strateji müttəfiqlik xarakteri daşıyır. Müstəqillik illərində bizim dövlətlərin  münasibətləri daha da güclənib".
Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədr müavini İlyas Umaxanov Heydər Əliyevi əfsanəvi siyasətçi adlandırıb.
Qriqori Karasin deyib ki, Azərbaycan Rusiyanın strateji tərəfdaşıdır. 
 Q. Karasin bildirib ki, Heydər Əliyev müstəqilliyin ilk illərində Azərbaycanı düşdüyü çətin vəziyyətdən çıxarıb: "Bişkek protokolunun imzalanması ilə ölkədə sülh bərqərar oldu, iqtisadiyyat inkişaf etməyə başladı. Heydər Əliyev 15 ildir ki, bizim aramızda yoxdur. Lakin onun ideyaları, siyasəti yaşayır. Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev siyasətini uğurla davam etdirir".
O, Azərbaycan məktəblərində rus dilinin tədris olunmasının əhəmiyyətini də vurğulayıb.
Daha sonra tədbir iştirakçıları sərgini ziyarət ediblər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Bakıda MDB daxili işlər orqanlarının iclası keçirilir
14.11.2018
Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə görüşlər keçirib
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada arzuolunmaz şəxs elan olundu
14.11.2018
Fransada yeni diaspor təşkilatının təqdimatı olub
14.11.2018
Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10467

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info