Komitə sədri fransalı qonaqlarla görüşüb
Tarix: 10.05.2018 | Saat: 21:33:00 | E-mail | Çapa göndər


Bakıda səfərdə olan Fransanın Kalmar şəhərinin meri Gilbert Meyer, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel və Assosiasiyanın baş katibi, Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb.
 
Komitənin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Dövlət Komitəsi ilə Kalmar şəhəri arasında əməkdaşlıq məsələləri, qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi, gələcək fəaliyyət planları müzakirə edilib, Dövlət Komitəsi ilə birgə əməkdaşlıq çərçivəsində görüləcək işlərə dair təkliflər səsləndirilib və konkret addımlar barədə fikir mübadilə aparılıb.
 
Görüşdə eyni zamanda, son vaxtlar ermənipərəst diaspor təşkilatlarının dəvətilə Fransanın rəsmi şəxslərinin Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlərinin artmasından dərin narahatlıq ifadə olunub.
 
Qeyd edək ki, Fransanın Kalmar şəhərinin meri Gilbert Meyer Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşü zamanı çəkdirdiyi fotonu rəsmi facebook səhifəsində paylaşaraq bu barədə izləyicilərinə də məlumat verib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info