“Paşinyanın resursları tükənib”
Tarix: 10.05.2018 | Saat: 21:58:00 | E-mail | Çapa göndər


Levon Ter-Petrosyan: “Vəziyyətdən çıxmağın yeganə yolu, erkən parlament seçkilərinin keçirilməsidir”

“Bu gün Ermənistanda yaranmış təhlükəli vəziyyətdən çıxış yolu erkən parlament seçkiləri keçirməkdir. Hazırda ölkə parlamentində əksəriyyətə malik olan Respublika Partiyası bütün qanunvericilik təşəbbüslərini müvəqqəti də olsa, özündə saxlayır. Partiya nümayəndələri bunu son çıxışlarında gizlətmirlər”. Bu fikirləri “Ilur.am” saytına verdiyi müsahibədə Ermənistanın ilk prezidenti, Erməni Milli Konqresinin rəhbəri Levon Ter-Petrosyan bildirib. “Bu günlərdə çoxları parlamentlə hökumət arasındakı əlaqələrdə meydana gəlmiş qeyri-adi vəziyyətin siyasi təsvirini verməyə çalışırlar. Ölkə parlamentindəki çoxluq özünü müxalifət elan etdikdən sonra, hazırda icra hakimiyyəti azlıq hökuməti hesab edilir. Paşinyanın yeni hökumətinin bütün bunlara qarşı nə edə biləcəyi ilə bağlı sual yaranır. Doğrudur, deyək ki, dünənə qədər Paşinyanın fəaliyyəti beynəlxalq ictimaiyyət tərəfindən anlayışla qəbul edilirdi. Amma indi maraq doğuran odur ki, yeni baş nazir eyni üsulla ölkə parlamentinə təsir edə biləcəkmi?”- deyə Ter-Petrosyan bildirib. Sabiq erməni prezidenti hesab edir ki, Paşinyanın bütün resurslarının artıq tükənib: “Əlbəttə, xalq hərəkatının lideri olaraq ölkə parlamentində öz iradəsini tətbiq etməklə, baş nazir statusunda olaraq bunu həyata keçirmək başqa-başqa şeylərdir. Vəziyyətdən çıxmağın yeganə yolu, erkən parlament seçkilərinin keçirilməsidir”. Təbii ki, Paşinyan üçün o qədər də asan olmayacağını MDB ölkələri İnstitutunun İrəvan filialının direktoru Aleksandr Markarov da “Sputnik Armeniya” saytına verdiyi açıqlamada etiraf edib. Markarova görə, hazırkı ölkə parlamentində çoxluq təşkil edən respublikaçılar onunla incə bir oyun oynayaacqlar: “Hazırda ölkədə etirazçı seçiciləri səfərbər edə bilən siyasi bir qrup mövcuddur ki, bu da onun legitimliyini sübut edir. Lakin parlamentdəki azlıq özünü möhkəmləndirməyə çalışacaq. Məsələ bundadır ki, mövcud qanunvericiliyə uyğun olaraq, erkən parlament seçkiləri qanunlarda dəyişiklik edilmədən həyata keçirilə bilməz. Ona görə də mövcud əksəriyyət bu cür qanun layihələrini dəstəkləməyəcək”. Bu arada "Joxovurd" qəzetinə açıqlama verən parlamentin vitse-spikeri, Respublika Partiyası fraksiyasının üzvü Eduard Şarmazanov deyib ki, onlar Paşinyan hökumətinə daxil olmasalar da, sabotajla da məşğul olmayacaqlar: “Biz yeni hökumətin formalaşmasında iştirak etməyəcəyik və onun fəaliyyəti üçün də heç bir məsuliyyət daşımırıq. Lakin bizim partiyadaşlardan yeni hökumətə qoşulmaq istəyənlər meydana çıxarsa, bu halda, Respublika Partiyası öz mövqeyini ifadə edəcək. Bununla belə, yeni hökumətlə bağlı təxribatçı hərəkətlərə belə yol verməyəcəyik”.

Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10472

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info