“İaşə müxalifəti lideri”nin üzü maskalı aksiyaları
Tarix: 11.05.2018 | Saat: 00:30:00 | E-mail | Çapa göndər


Bu adamların uzaqmənzilli təyyarə səfərlərinin pulunu kim verir?
Son zamanlar söyüşü mübarizə formasına çevirən bəzi siyasi mühacirlər sosial şəbəkələrdə anormal paylaşımlarını azaltsalar da, fəaliyyətlərini dayandırmayıblar. Görünür, xaricdə Azərbaycan əleyhinə formalaşan antimilli qüvvələrin maliyyə dəstəyi azalıbmış. İndi yenidən onlara pul ayırmağa başlayıblar. Belə olmasaydı, gündə Avropanın bir şəhərində peyda olan bu siyasi təcrübəsi olmayan gənclər yenidən istədikləri vaxt Amerikaya səfər etməzdilər.
Doğrudan da, sual yaranır, siyasi mühacir kimi xaricə sığınmağı seçən bu adamlarda bu qədər maliyyə hardandır ki, xeyli sayda şəkillər, plakatlar çap edir, təyyarəyə minib dünyanın müxtəlif ölkələrinə aksiya üçün səfərlər edirlər. Məsələn, Orduxan Temirxan iki gündür ki, Amerikaya gedib. Özü də məhz oradan anormal “aksiyasını davam etdirmək üçün” getdiyini deyir. Yəni dolayısı ilə demək istəyir ki, sifariş gəlib, indi də Amerikada bəzi Azərbaycan əleyhinə olan tədbirlərə qatılmaq, aksiya keçirmək lazımdır. Azərbaycana qarşı “xüsusi marağı” ilə fərqlənən ABŞ Helsinki Komissiyasında ölkəmizdəki seçkilər və fundamental azadlıqlarla bağlı keçirilən dinləmələrə qatılan Orduxan, görünür, hələ Amerikaya çox təpik döyəcək. Çünki belə tədbirlər üçün, belə satılmış gənclər daim cəlbedici olub. Ona görə də bu adamın xaricdə formalaşan beş-on mühacir qrupunun rəhbəri kimi tədbirə dəvət edilməsi təbiidir.
Dinləmələrdə iştirakla kifayətlənməyən bu üzdəniraq soydaşlarımız Amerikada Ağ Evin qarşısında üzü maskalı bir neçə gənclə aksiya da keçiriblər.
Orduxan Temirxan, doğrudan da, artıq fəaliyyəti ilə bağlı hər şeyi aşkar şəkildə göstərir-qaranlıq mənbələrdən maliyyələşdiklərini, ölkəmiz əleyhinə olan istənilən tədbirlərə qatılmaq üçün tapşırıqlar aldıqlarını nümayiş etdirir.
Xatırlayırsınızsa, o və Tural Sadıqlı bir neçə gün öncə Avropa Parlamentində də ölkəmizin əleyhinə olan bir toplantıya qatılmaq üçün sözügedən qurumun binasında peyda olmuşdu.
İndi isə Orduxan Temirxan və Emin Milli Amerikada Ramiz Yunusla görüşərək anormal aksiyalarını onunla birgə təşkil edib. Bu adam elə bilir ki, xalq avamdır, onun oynadığı oyunu anlamır. Ümumiyyətlə, tarix heç vaxt öz maraqları üçün, ambisiyaları naminə xaricdəki qüvvələrə işləyən, satqınlıq, Vətən xainliyi ilə ad çıxaranları bağışlamır. Bununla bağlı onlarla misal göstərmək olar. İndiki halda isə keçirdikləri aksiyalara 20 nəfəri belə toplaya bilməyən bu siyasi mühacirlər satqın olmadıqlarını desələr də, konkret suallar qarşısında aciz qalırlar. Məsələn, sonuncu keçirdikləri aksiyada ətraflarında olan beş-on gənc niyə üzünü gizlədib? Deməli, onlar pul müqabilində o aksiyaya toplaşan insanlardılar ki, əlacsız olaraq kamera önündə dayanırlar, üzlərinin görünməsini istəmirlər. Bəs o qədər pul sizdə haradandır axı? Suallar çoxdur, cavab isə yoxdur.
Avropada siyasi mədəniyyət onu tələb edir ki, öz rəqibinə hörmətlə yanaşasan, təhqirlərə yol verməyəsən. Hətta dəfələrlə olub ki, şərəf və ləyaqətin alçaldılmasına görə siyasətçilər bir-birlərini məhkəməyə veriblər, jurnalistlərə belə, məhkəmə davası açaraq, öz hüquqlarını qoruyublar. Bəs belə bir mədəniyyətdə formalaşdığını, artıq avropalaşdığını iddia edən bu mühacirlər niyə avropalılardan fərqli addımlar atırlar? Təbii ki, küçə siyasəti ilə yollarına davam edən bu gənclər üçün sifariş belə verilir. Axı Azərbaycanın, onun tanınmış şəxslərinin təhqir olunmasına yalnız ölkəmizi sevməyən qüvvələr-ermənilər maraqlı ola bilərlər. Məsələnin də ən təhlükəli tərəfi məhz budur ki, erməni lobbisinin, ermənilərə bağlı güclərin havasına oynayan bu gənclər xalqa özlərini təmiz insanlar kimi təqdim etməyə çalışırlar. Amma xalq soruşanda ki, istənilən vaxt Amerikada peyda olmaq kimi “fövqəlgüc”, maliyyə, sizdə haradandır? Cavab verə bilməzlər. Sirr deyil ki, dünyada iki ölkədə erməni lobbisi və maliyyəsi güclüdür ki, bunlardan biri Fransadırsa, digəri məhz Amerikadır. Orduxanın da Amerikanı su yoluna çevirməsi bütün şübhələrin haqlı olduğunu göstərir. Nə deyək, siz üzü maskalı aksiyalarınızı davam etdirin, havadarlarınızdan sifarişlərinizi almaqda davam edin, amma bunu unutmayın ki, Azərbaycanda ictimai rəyə heç vaxt mənfi yöndə təsir edə bilməyəcəksiniz. Bu xalq ağı qaradan ayıra bilir, əzələ şişirdib küçə dili ilə mübarizə aparan, qaranlıq qüvvələrlə əlbir olan gənclərə deyil, savadlı, intellektual siyasi mübarizə üsulu keçən gənclərə daha çox rəğbət bəsləyir.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
“Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
17.07.2019
STM-də millət vəkili Əli Hüseynli ilə görüş keçirilib
16.07.2019
“MegaFon“ Azərbaycana qarşı təxribata əl atan əməkdaşlarını cəzalandırıb
16.07.2019
Əli Həsənov: Əminik ki, dost Azərbaycan və gürcü xalqları arasında ədavət toxumları səpmək istəyənlərin cəhdləri heç bir nəticə verməyəcək
16.07.2019
Gürcüstanın Baş Naziri: Bu, təəssüfdoğurucu insidentdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10830

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info