Volqoqradda ulu öndərə həsr olunan tədbir keçirilib
Tarix: 11.05.2018 | Saat: 00:37:00 | E-mail | Çapa göndər


Volqoqradda ulu öndərin anadan olmasının 95-ci ildönümü münasibətilə Heydər Əliyev Fondunun təşəbbüsü ilə salınan Volqoqrad-Bakı dostluq parkında Heydər Əliyev Fondunun və Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təntənəli tədbir keçirilib.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov, Azərbaycan Gənclərinin Rusiya Birliyinin (AMOR ) Volqoqrad şəhər təşkilatının sədri Dunya Əhdova, Volqoqrad vilayəti qubernatorunun müavini, Volqoqrad Administrasiyasının Sənaye və Ticarət Komitəsinin sədri Roman Berkov, Volqoqrad şəhər dumasının deputatı, Sosial siyasət komissiyasının sədr müavini Yelena Voznesenskaya, Volqoqrad şəhər administrasiyası başçısının müavini Dmitriy Lebetenko, general Safonov Vladislav Nikolayeviç, Volqoqrad şəhərində yaşayan xalqların və millətlərin icma rəhbərləri və Volqorad şəhər sakinləri iştirak ediblər. Tədbirin aparıcısı ulu öndərin həyatı və siyasi fəaliyyəti barədə geniş məlumat verib. Bildirilib ki, müasir tarixin ən görkəmli siyasətçisi olan Heydər Əliyev istər sovetlər dövründə, istərsə də müstəqillik illərində daim xalqı ilə birlikdə olub. 2012-ci ildə Volqoqrad şəhəri ilə Qaradağ rayonunun dostluq haqqında memorandum imzalandığı barədə məlumat verib. Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov Azərbaycanın müstəqilliyinin əldə olunmasında ulu öndərin misilsiz fəaliyyətindən, Rusiya-Azərbaycan dostluğu haqqında danışıb. Daha sonra tədbir iştirakçılarını ulu öndərin 95 illik yubileyi və 9 may – Qələbə Günü münasibətilə təbrik edib.
Volqoqrad şəhər dumasının deputatı, Sosial siyasət komissiyasının sədr müavini Yelena Voznesenskaya ümummilli liderin xalqı və dövləti naminə gördüyü işlərdən danışıb. Bildirib ki, məhz Heydər Əliyevin sayəsində xalqlarımız arasında dostluq əbədi olub. Şəhər rəsmisi Heydər Əliyev Fondunun Volqoqradda həyata keçirdiyi mühüm layihələri qeyd edib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya gənc nəslin təhsili və tərbiyəsində, mənəvi dəyərlərin formalaşdırılması, uşaq və yeniyetmələrin sağlam həyat tərzi sahəsində layihələrin həyata keçirilməsində məhsuldar əməkdaşlığa görə ünvanlanan təşəkkür məktubunu oxunub.
Volqoqrad vilayəti qubernatorunun müavini, Volqoqrad Administrasiyasının Sənaye və Ticarət Komitəsinin sədri Roman Berkov ulu öndərin anadan olmasının 95-ci ildönümü və qələbənin əldə edilməsinin 73 illik münasibəti ilə təbriklərini çatdırıb. Azərbaycanlıların qələbənin əldə olunmasında rolundan danışıb. Tədbirdə iştirak edən fəxri qonaq general Safonov Vladislav Nikolayeviç dahi Heydər Əliyev haqqında olan xatirələrini danışıb. Azərbaycana, xüsusilə Bakıya vurğunluğunu bildirən general Safonov Bakını dünyanın ən təhlükəsiz şəhəri adlandırıb. Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin barelyefi önünə gül dəstələri düzüblər, dünya şöhrətli siyasətçinin xatirəsinə ehtiramlarını bildiribdilər. Tədbir iştirakçıları göyə ulu öndərin xatirəsinə həsr olunmuş şarlar uçurublar.
Anar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Liberman Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini və geosiyasi zəruriliyini etiraf edib
19.09.2018
Çin xarici işlər naziri: “Azərbaycan dünyada ciddi nüfuzu ilə seçilən dövlətə çevrilib”
19.09.2018
Omanın Dövlət Şurası sədrinin Azərbaycana səfəri başlayıb
19.09.2018
“Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”
19.09.2018
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info