Ağacəkmə aksiyasında 7 minə yaxın ağac əkilib
Tarix: 11.05.2018 | Saat: 01:10:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Qala-Türkan magistral avtomobil yolunun ətrafında salınan yaşıllıq sahəsində ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə aksiyasında iştirak ediblər. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev görülən işlərlə bağlı Prezidentə məlumat verib. Dövlət başçısının tapşırıqlarına və tövsiyələrinə uyğun olaraq 2008-2018-ci illərdə ölkənin əsas magistral avtomobil yolları boyunca 4443 hektar sahədə salınan yaşıllıqlarda 5 milyon 436 min müxtəlif növ ağac və kol bitkiləri əkilib. Həmin ağacların əkildiyi sahələr damcılı suvarma sistemi ilə təchiz edilib. Əsasən zeytun, badam, nar, innab, püstə, qoz və fındıq ağaclarının əkilməsinə üstünlük verilib. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri ərazidə ağac əkiblər. Ulu öndər Heydər Əliyevin doğum günündə Qala-Türkan magistral avtomobil yolunun ətrafında salınan yaşıllıq massivində Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyətinin tinglik sahələrində kökübağlı şəraitdə yetişdirilən 7 minə yaxın ağac əkilib. Qeyd edək ki, ekologiyanın və ətraf mühitin mühafizəsi Azərbaycan dövlətinin qarşısında duran əsas istiqamətlərdən biridir. Ölkəmizin zəngin flora və faunasının qorunması, Bakının yaşıllıqlar şəhərinə çevrilməsi istiqamətində xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən bütün dövrlərdə çox böyük işlər görülüb. Ulu Öndər tərəfindən əsası qoyulan ənənəni bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Təsadüfi deyil ki, Azərbaycanda reallaşdırılan milli inkişaf strategiyasının prioritet sahələrindən biri də ətraf mühitin mühafizəsini və insanların sağlam təbii şəraitdə yaşamasını ən yüksək səviyyədə təmin etməkdir. Prezident İlham Əliyev tərəfindən 2010-cu ilin ölkədə “Ekologiya İli” elan edilməsi bunun bariz nümunəsidir. Dövlət başçısı və birinci xanım ağacəkmə aksiyasının iştirakçıları ilə xatirə şəkilləri çəkdiriblər. Prezident İlham Əliyev neftlə və digər istehsalat tullantıları ilə çirklənmiş ərazilərin, lay suları altında qalan torpaqların ekoloji vəziyyətinin yaxşılaşdırılmasına da xüsusi diqqətlə yanaşıb. Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə bağlı ölkədə ciddi əməli işlər görülüb, milyonlarla ağac əkilib, yeni park və xiyabanlar salınıb. Bir vaxtlar neft tullantıları ilə çirklənən indiki “Ağ şəhər” və digər ərazilərdə həyata keçirilən mühüm layihələr nəticəsində neft çöküntüləri təmizlənib. Hazırda bu ərazilər paytaxtın yeni yaşayış və mədəniyyət komplekslərinə, Prezident İlham Əliyevin dediyi kimi, müasir ekoloji layihələrə çevrilib. Bütün bunlar ətraf mühitin qorunmasına, xüsusilə də vətəndaşların sağlam mühitdə yaşamasına xidmət edir. Birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da ölkəmizdə yeni yaşıllıqların salınmasına və mövcud yaşıllıq sahələrinin qorunmasına xüsusi diqqət yetirir. Bu məsələdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən layihələrin də mühüm rolu var. Qeyd edək ki, müxtəlif vaxtlarda həyata keçirilən ekoloji layihələr Azərbaycanın bütün regionlarını əhatə edib.




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara gələn aydan Prezident təqaüdü veriləcək
20.03.2019
Tovuzda şəhid ailələrinə bayram sovqatı paylanıb
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib
19.03.2019
Qaradağda bayram münasibəti ilə aztəminatlı ailələrə yardım edilib
18.03.2019
Müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil alınıb veriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
4 Yuliya Naçalova vəfat edib
5 İraqda bərə qəzaya uğrayıb: 71 ölü


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info