Masallıda beynəlxalq forum keçiriləcək
Tarix: 07.06.2013 | Saat: 00:27:00 | E-mail | Çapa göndər


Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatından qəzetimizə verilən məlumata görə, təşkilat ölkə gənclərinin inteqrasiyası, beynəlxalq əlaqələrinin genişləndirilməsi, əcnəbi gənclərin respublikamız haqqında məlumat səviyyələrinin yüksəldilməsi, regional məsələlərdə birgə əməkdaşlıq, təcrübə, informasiya mübadiləsi sahələrində uğurlu fəaliyyətini davam etdirməkdədir. Bu məqsədlə ADTGT 2013-cü ilin may ayından 3 ay müddətində davam edəcək “Şərq Tərəfdaşlığı Gənclər Şəbəkəsi” – Regional Platforma Modeli adlı birgə əməkdaşlıq və əcnəbi gənclərin azərbaycanlı həmkarları ilə təcrübə, informasiya mübadiləsi və vahid Platformada iştirakını nəzərdə tutan layihənin icrasına başlayıb. Artıq İcra Planına uyğun bütün hazırlıqlar həyata keçirilmiş, əcnəbi və yerli iştirakçıların sayı dəqiqləşmiş, tədbirlərin proqram və gündəliyi müəyyənləşdirilib.

Layihə Azərbaycanın da fəal şəkildə qoşulduğu Avropa İttifaqının Şərq Tərəfdaşlığı Platformasına daxil olan 5 ölkə - Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, Belarus (Ermənistan istisna olmaqla) və eləcə də İsveç, Almaniya, Polşa, Bolqarıstan, Litva, Latviya və Rumıniya gənclərinin iştirakı ilə Beynəlxalq Forumun və təlim kursunun keçirilməsini, ŞT Platforması çərçivəsində gənclərin birgə əməkdaşlıq Şəbəkəsinin qurulmasını, davamlı fəaliyyətini, Masallı Bəyannaməsinin qəbulunu, çap materiallarının nəşrini, yayımını və geniş profilli PR fəaliyyətini nəzərdə tutur.
Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə 11 ölkədən olan partnyor gənclər təşkilatları ilə birgə həyata keçiriləcəkdir.
Layihə çərçivəsində iyunun 18 – 24 tarixlərində Bakı və Masallı şəhərlərində 11 ölkədən 23 əcnəbi gəncin və eləcədə Azərbaycanı təmsil edən yerli gənc liderlərin və fəalların iştirakı ilə Beynəlxalq Forumun (Şərq Tərəfdaşlığı Gənclər Forumu) və təlim kursunun keçirilməsi nəzərdə tutulur. Masallıdakı tədbirlərdən əvvəl əcnəbi qonaqlar Bakıda Prezident Administrasiyasında, Gənclər və İdman Nazirliyində və Gənclər Fondunda görüşlərdə iştirak edəcək, Fəxri Xiyabanda və Şəhidlər Xiyabanında Ulu Öndər Heydər Əliyevin məzarını və şəhidlərimizi ziyarət edəcəklər.
Masallıda keçiriləcək Beynəlxalq Forumun rəsmi açılışında hökumət rəsmilərinin, diplomatik korpuslarının təmsilçiləri, beynəlxalq təşkilatların, Avropa İttifaqının Bakı ofisinin nümayəndələri, gənclər təşkilatları, QHT və KİV əməkdaşlarının iştirakı nəzərdə tutulub. Layihə çərçivəsində əcnəbi gənc liderlərlərin Azərbaycanın müxtəlif hökumət strukturlarında və gənclər təşkilatlarında görüş və müzakirələri də təşkil olunacaqdır.
Layihə ölkə gənclərinin inteqrasiyası, beynəlxalq əlaqələri, Şərq Tərəfdaşlığı Platforması çərcivəsində birgə, Regional Platformada gənclərin əməkdaşlığı təşəbbüsünə, Azərbaycanın, onun gənclər siyasətinin təbliği və imicinin yüksəldilməsinə və Ölkə Prezidenti Cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq tədbirlər planınında (6.8. Gənclərin beynəlxalq sahədə əməkdaşlığı bəndi) nəzərdə tutulan fəaliyyətlərin icrasına yönəlməklə gənclər işinə böyük töhfələr verəcəkdir.

Söhrab İSMAYIL




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info