“ABŞ Helsinki Komissiyası Azərbaycana qarşı “xüsusi marağı” ilə fərqlənir”
Tarix: 11.05.2018 | Saat: 01:11:00 | E-mail | Çapa göndər


Komissiyanın sədri Kris Smit Ermənistana və erməni xalqına xüsusi sevgisinin olduğunu dəfələrlə etiraf edib

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Facebook” sosial şəbəkəsindəki səhifəsində ABŞ Helsinki Komissiyasında Azərbaycandakı seçkilər və fundamental azadlıqlarla bağlı növbəti dinləmələrə münasibət bildirib. Əli Həsənov ABŞ Helsinki Komissiyasının Azərbaycana qarşı “xüsusi marağı” ilə fərqləndiyini qeyd edib. Xatırladıb ki, məhz bu Komissiyanın sədri konqresmen Kris Smit hələ 2016-cı ilin dekabrında Azərbaycana qarşı sərt sanksiyaları nəzərdə tutan qanun layihəsi irəli sürmüşdü. Həmin layihənin müddəaları istər iqtisadi, istər siyasi, istərsə də hərbi sferada ABŞ-Azərbaycan münasibətlərini ciddi şəkildə korlamağa yönəlmişdi. Bu həmin Smitdir ki, uzun müddətdir qondarma erməni soyqırımının ABŞ hökuməti tərəfindən tanınması üçün xüsusi canfəşanlıq göstərir. Bütün ölkələrə, xalqlara və konfessiyalara eyni münasibət sərgiləməli olan komissiya sədri özünün Ermənistana və erməni xalqına xüsusi sevgisinin olduğunu dəfələrlə etiraf edib. Prezidentin köməkçisi “Facebook” sosial şəbəkəsindəki səhifəsində daha sonra yazır: “Budəfəki dinləmələrin də məhz onun rəhbəri olduğu komissiya tərəfindən təşkil edilməsini təsadüfi saymaq olmaz. Tədbirdə ölkəmizdəki prosesləri yaxından izləyən, ona maraq göstərən insanlarla yanaşı, müxtəlif səbəblərdən daim kəskin antiazərbaycan mövqeyi tutan “ekspertlər” də iştirak ediblər. Dinləmələrdəki çıxışlarla tanışlıq natiqlərin Azərbaycanda baş verən proseslər, ölkəmizdəki siyasi qüvvələr nisbəti, özlərini siyasi partiya və ya ictimai hərəkat kimi təqdim edən bəzi qurumların cəmiyyət həyatındakı real çəkisi və gerçək niyyətləri barədə çox səthi, əksər hallarda isə yanlış təsəvvürə malik olduqlarını göstərdi. Xarici qrant və ianələr hesabına Azərbaycandan kənarda informasiya resursu yaradan, bir neçə il əvvəl həmin resursa məxsus saytda erməni soyqırımının tanınmasının vacib olduğu barədə məqalə yerləşdirən bir “soydaşımız” yenə də sanksiya məsələsini gündəmə gətirdi, Azərbaycanın lobbiçilik sahəsindəki fəaliyyətini tənqid etdi, ABŞ-ı və Avropa İttifaqını növbəti dəfə ölkəmizə ciddi təzyiq göstərməyə çağırdı. Qəribə olan həm də budur ki, son dövrlər özünü Avropadakı “iaşə müxalifəti lideri” kimi tanıtmış, vulqar davranışı, təhqiramiz ritorikası və azərbaycanlıya xas olmayan saç düzümü ilə fərqlənən birisi də həmin tədbirə dəvət edilmişdi. Nə danışdığının fərqində olmayan bu “iaşə lideri” Qərb ölkələrini Azərbaycan hakimiyyəti ilə normal münasibət saxlamaqda ittiham edir, Avropa İttifaqı, aparıcı Avropa ölkələri və ABŞ liderlərinin növbədənkənar prezident seçkilərindən sonra cənab İlham Əliyevə məktub göndərərək onu təbrik etmələrini az qala faciə sayır. Təəssüf hissi ilə bildirirəm ki, xaricdə məskunlaşmış bəzi soydaşlarımız bu gün antiazərbaycan dairələrin əlində bir alətə çevrilib. Onlardan dövlətimizi, xalqımızı və ölkə hakimiyyətini gözdən salmaq üçün fəal istifadə edirlər. Görünür, bütün bu canfəşanlıq, müxtəlif ölkələrdə keçirilən tədbirlər, bir ölkədən digərinə və hətta bir qitədən başqasına edilən səfərlər sırf şəxsi təşəbbüs deyil. Heç şübhəsiz, bütün bunların arxasında xaricdəki bəzi antiazərbaycan dairələrdən və imkanlı azərbaycanlılardan alınan böyük miqdarda pullar və mütəmadi təlimatlar dayanır”. Belələrini tutduğu səhv yoldan çəkinməyə çağıran Əli Həsənov yazır: “Xaricdə öz ölkənizə və xalqınıza qarşı belə canfəşanlıqla təbliğat aparmaqdansa, intellektinizin imkan verdiyi dərəcədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri yaşadığınız ölkələrin ictimaiyyətinə çatdırın. Bacarırsınızsa, həmin ölkələrdə Azərbaycanın haqq sözünü deyən, Ermənistanın işğalçılıq siyasətinə qarşı çıxan siyasətçilərlə, politoloqlarla, QHT və KİV nümayəndələri ilə əlaqə qurun, onları öz tədbirlərinizə cəlb edin. Belə etsəniz, mənsub olduğunuz xalqın hörmət və etimadını qazanarsınız... Bir sualım da var: sizcə, dünənki dinləmələrdə salonda oturan erməni lobbisi təmsilçiləri öz ölkələrini sizin kimi müzakirə hədəfinə çevirərdilərmi? Hər halda, düşünməyə dəyər”.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info