“Azərbaycanda Probasiya xidmətinin tez müddətdə fəaliyyətə başlaması müsbət haldır”
Tarix: 11.05.2018 | Saat: 01:14:00 | E-mail | Çapa göndər


Əhməd Abbasbəyli: “Ədliyyə Nazirliyində İctimai komitə olaraq hər zaman bizim təklif və rəylərimizə diqqətlə yanaşıblar”

Azərbaycan dövləti hər zaman insanların rahat, azad yaşaması üçün siyasət yürüdüb. Ümumiyyətlə, Azərbaycanın dövlət siyasətində humanizmlik prinsipi üstünlük təşkil edir. Dövlətin bu siyasətinin davamı olaraq ötən il Prezident İlham Əliyev tərəfindən “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncam imzalanmışdı. Artıq azadlıqdan məhrumetmə cəzasının tətbiqinin azaldılması və daha çox alternativ cəzalara üstünlük verilməsi məqsədilə Ədliyyə Nazirliyinin Probasiya xidməti yaradılıb. Bu istiqamətdə işin müasir tələblər səviyyəsində qurulması, cəzaların icrası zamanı müasir elektron nəzarət vasitələrinin geniş tətbiqi ilə bağlı Xidmətin monitorinq mərkəzi fəaliyyətə başlayıb. Bu günlərdə Probasiya xidmətində elektron monitorinq fəaliyyətinə dair ictimai təqdimat keçirilib. Bu təqdimatda iştirak edən ədliyyə naziri yanında İctimai Komitənin üzvü Əhməd Abbasbəyli öz fikirlərini bizimlə bölüşüb. Onun sözlərinə görə, Probasiya xidmətinin yaradılması həyata keçirilən sistemli və genişmiqyaslı hüquqi islahatların tərkib hissəsidir: “Bu, cinayət təqibi və cəzaların icrası sahələrində hüquqi islahatların yeni mərhələsidir. Hazırda penitensiar müəssisələrin fəaliyyətinin müasirləşdirilməsi, infrastrukturun yenilənməsi və idarəçilik mexanizminin təkmilləşdirilməsi tədbirləri davam etdirilir. Probasiya xidmətinin də başlıca vəzifəsi cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına effektiv nəzarətin təşkili və bu sahədə idarəetmənin səmərəliliyinin artırılmasıdır”. Əhməd Abbasbəyli bildirdi ki, Probasiya xidməti yüngül cinayətlərə görə tətbiq olunan xidmətdir: “Bildiyimiz kimi, Probasiya xidməti bir çox Qərb ölkələrində fəaliyyət göstərir. Maraqlı odur ki, qonşu Rusiyada hələ də bu sistemin tətbiqi ilə bağlı ciddi problemlərlə üzləşirlər. Lakin gözlənilmədən Azərbaycanda bu sistemin belə tez müddətdə tətbiq edilməsi müsbət haldır. Bu bir daha sübut edir ki, Azərbaycanda ədliyyə sahəsində güclü islahatlar aparılır və bunun də nəticəsində bu sahədə kifayət qədər inkişaf var. Eyni zamanda məhkəmə hüquq sisteminin maddi-texniki bazaları gücləndirilir və məhkəmə prosesində elektron vasitələrdən istifadə edilir”. Xidmətin monitorinq mərkəzinin fəaliyyətinə toxunan Əhməd Abbasbəyli qeyd etdi ki, artıq alternativ cəzaların icrasında müasir informasiya-kommunikasiya texnologiyalarından istifadəni təmin etməklə elektron nəzarət vasitələrinin tətbiqinə başlanılıb: “Probasiya xidmətində müasir avadanlıqla təchiz olunmuş Elektron Monitorinq Mərkəzi yaradılıb. Azadlıqdan məhrum edilməmiş hər bir məhkumun əllərinə “elektron qolbaq” taxılıb və mobil nəzarət qurğularından istifadə olunur. Bu vasitələr məhkumun üzərində daşınmaqla, onun coğrafi yerdəyişməsinin izlənməsinə, müvafiq məlumatların Monitorinq Mərkəzinə ötürülməsinə imkan yaradır. Müvafiq texniki-proqram vasitələri ilə təchiz olunan mərkəz məhkum edilmiş şəxslərlə operativ əlaqəni təmin edir və ilin bütün günləri 24 saat ərzində fasiləsiz fəaliyyət göstərir. Bu gün 8 məhkum bu formada cəza çəkir”.
O dedi ki, diqqətçəkən məqamlardan biri də budur ki, “elektron qolbaq” və mobil nəzarət qurğuları Azərbaycanda istehsal olunur: “Dünyada belə cihazlar istehsal edən cəmi 8 şirkət var ki, onlardan da biri məhz Azərbaycana məxsusdur. Diqqətçəkən məqam odur ki, Azərbaycan bu cihazları patent şəklində deyil, öz modeli olaraq istehsal edir. Həqiqətən də, çox müasir və keyfiyyətli texnologiyadır. İnanıram ki, bu, özünü doğruldacaq”. Əhməd Abbasbəyli bildirdi ki, İctimai komitə olaraq bu proseslərə cəlb edilmələri ədliyyə sisteminin özünün cəmiyyətə açıqlığının bariz nümunəsidir: “Bütün proseslərdə biz iştirak etməyə çalışırıq və Ədliyyə Nazirliyi də bunda maraqlıdır. Biz də İctimai komitə olaraq çalışırıq ki, Ədliyyə Nazirliyinə öz təkliflərimizi verək. Bu baxımdan, Ədliyyə Nazirliyində hər zaman bizim təkliflərimizə, rəylərimizə diqqətlə yanaşıblar. Həqiqətən, istər Ədliyyə Nazirliyinin rəhbərliyi olsun, istər digər əməkdaşları olsun, istərsə də İctimai komitə üzvləri olsun, hamımızın ümumi məqsədləri Azərbaycanda bütün mərkəzi və yerli icra strukturlarında, o cümlədən Ədliyyə Nazirliyində inkişafın daha da sürətlənməsi, şəffaflığın daha da artırılmasıdır. İstərdik ki, hər bir sahədə yeni texnologiyaların tətbiqi daha effektli və səmərəli olsun. Biz də ictimai fəal insanlar olaraq bu prosesdə əlimizdən gələni etməyə hazırıq. Güman edirik ki, bu istiqamətdə əməkdaşlıq daha da sıx davam edəcək, son nəticə olaraq isə bundan cəmiyyət faydalanacaq”.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info