“AtaHolding” Bilgəh Qocalar Evinin sakinlərini sevindirdi
Tarix: 11.05.2018 | Saat: 15:38:00 | E-mail | Çapa göndər


“AtaHolding” Bilgəh Qocalar Evinin sakinləri üçün Ümummilli Lider Heydər Əliyevin 95 illik yubileyinə və Faşizm üzərində Qələbənin 73 illiyinə həsr olunmuş tədbir keçirdi. 
Tədbirin açılışında qocalar evinin rəhbəri Qətibə Əsədova “AtaHolding”in rəhbərliyinə və kollektivinə gözəl tədbir təşkil etdiklərinə görə dərin təşəkkürünü bildirdi və qeyd etdi ki, müasir Azərbaycan dövlətinin banisi, Ulu Öndər Heydər Əliyevin 95 illik yubileyinə və Faşizm üzərində Qələbənin 73 illiyinə həsr olunmuş bu tədbir çox əlamətdardır. Qətibə xanım qeyd etdi ki, bir-birinin ardınca gələn bu əlamətdar günlərin ölkə səviyyəsində qeyd edilməsi milli və bəşəri dəyərlərə dövlət rəhbərliyi tərəfindən böyük önəm verilməsinin bariz nümunəsidir. 
 
“AtaHolding”in Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova isə bildirdi ki, Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin xatirəsini həmişə uca tutur, çünki o, istər hakimiyyətinin birinci dövründə, istərsə də müstəqilliyin ilk illərində ölkə rəhbərliyinə qayıtmaqla Azərbaycanın gələcək uğurlarını təmin edib: “Xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdan Ulu Öndər daxili çaxnaşmalar, vətəndaş müharibəsi, səfalət, ictimai-siyasi və iqtisadi böhran məngənəsində boğulan, yox olmaq təhlükəsi ilə üzləşən ölkəni xilas etdi, onun müəllifi olduğu dövlət quruculuğu strategiyası Azərbaycanın hərtərəfli, sabit və dönməz inkişafının, müstəqilliyinin qarantına çevrildi”. Faşizm üzərində qələbənin dünya xalqlarını, o cümlədən, Azərbaycanı ovaxtkı dəhşətli müharibə və məhrumiyyətlərdən xilas etdiyini xatırladan D.Zamanova diqqətə çatdırdı ki, faşizm üzərində qələbə çalmaqla dünyanın xilas edilməsində Azərbaycanın da mühüm rolu olub. Belə ki, müharibə vaxtı Sovet ordusunun neft təchizatının 70 faizi məhz Bakının payına düşüb, 600 mindən çox azərbaycanlı cəbhədə düşmənə qarşı vuruşub, onlardan 300 mini həlak olub. Tədbirdə saksofon ifa edən Fərid Ağayev bu əlamətdar günlərə həsr olunmuş tədbirin Qocalar evinin sakinləri üçün yaddaqalan olduğunu qeyd etdi.  Bilgəh Qocalar evində təşkil edilmiş tədbirdə  çay süfrəsi arxasında Qocalar evinin sakinləri konsert proqramını izlədilər. Tədbirdə saksofonist Fərid Ağayevin və səs rejissoru Rasim Məmmədovun müşayiəti ilə müğənnilər Həyat Həsənzadə, Sübhan Aşurov, Orxan Bağırov, sintezator ifaçısı Etibar Abdullayev gözəl konsert proqramı ilə çıxış  etdilər. Qocalar evinin sakinləri onlar üçün təşkil edilən əyləncəli proqrama görə təşəkkürlərini bildirdilər, musiqi sədaları altında həvəslə rəqs etdilər. Tədbirdə sakinlər özləri də mahnı ifa etdilər və şeirlərlə çıxış etdilər.
"AtaHolding" əməkdaşlarından Valeh Babayev, Fərid Malikzadə, Nigar Novruzova, Şərqiyyə Ağayeva və “Bizim Yol” qəzetindən Gülnarə Məmmədova təşkilatı işlərdə fəal iştirak ediblər. 




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10473

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info